Edo Competition alman tüninq atelyesinin mütəxəssisləri Porsche 911 GT3 RS superkarı üçün işləyib-hazırladıqları tüninq proqramını təqdim etmişdirlər. Tünerlər superkarı karbondan hazırlanmış yeni aerodinamik kuzov parçaları dəsti ilə təchiz etmişdirlər ki, bu dəst də avtomobilin daha aqressiv görkəmə malik olmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, Porsche 911 GT3 RS superkarının seriya variantı heç də karbon elementlərdən kasad deyildir. Lakin, Edo Competetion mütəxəssislərin bunun qənaətbəxş olmadığına qərar verərək yeni kuzov dəsti hazırlamışdırlar.
Beləliklə, avtomobilin bütün hava girişləri, güzgülərin gövdəsinin aşağı hissəsi, qabaq yan şüşələrdəki üçbucaq şəkilli işləmələr və iri antiqanadın müəyyən hissələri karbondan hazırlanmışdır.
Bundan başqa, karbondan hazırlanmış elementlərin sırasında interyerin tərtibatında istifadə edilən hissələr də mövcuddur. Edo Competition tərəfindən hazırlanmış Porsche 911 GT3 RS superkarının salonunda ön paneldəki karbondan olan işləməkləri və oturacaq başlıqlarının dayaqlarını görmək olar.

Edo Competetion atelyesinin Porsche 911 GT3 RS modeli üçün nəzərdə tutduğu təkmilləşdirmələr proqramı yalnız vizual xarakter daşıyır. Bu o deməkdir ki, atelye mütəxəssisləri avtomobilin texniki hissəsinə müdaxilə etməmişdirlər. Bununla belə, atelye mütəxəssisləri yeni dəstin hava axınlarının effektiv bölünməsinə və yerə basma qüvvəsini artırilmasına xidmət etdiyini bildirmişdirlər.
Porsche 911 GT3 RS superkarı 500 at qüvvəsi gücü olan mühərriklə hərəkətə gəlir. Superkar 100 km/saat həddinə 3,3 ssaniyəyə sürətlənir və 310 km/saat maksimal sürətə malikdir.