Bentley şirkətinin yeni icraçı direktoru və direktorlar şurasını sədri Ədrian Hollmark təyin edilib. Hollmark Bentley şirkətinə keçməzdən öncə Jaguar Land Rover qrupunda qlobal strategiya üzrə direktor vəzifəsində çalışıb.
Bu Hollmarkın Bentley şirkətinə ikinci gəlişidir. 2003-cü ildə ol şirkətdə satış, marketinq və ictimayyətlə əlaqələr üzrə direktorlar şurasının üzvü vəzifəsində çalışıb. Britaniya şirkətlərindən başqa, Ədrian Holmmark Porsche, Volkswagen və Saab şirkətlərində də işləyib.
O yeni vəzifəsində istefaya gedən Volfqanq Dürhaymeri əvəz edəcəkdir. Hollmark gələn ilin 1 fevral tarixində Bentley şirkətində fəaliyyətə başlayacaqdır. Dürhaymer isə Volkswagen şirkətinin idman bölümü olan Volkswagen Motorsport’un məsləhətçisi olacaqdır.