Williams, McLaren və Red Bull Racing komandaları üçün çempion bolidləri hazırlamış görkəmli konstruktor Ədriən Nyüi Aston Martin şirkəti üçün «yeni nəsil hiperkar» hazırlayacaqdır. Bu barədə məlumatı Red Bull komandasının mətbuat xidməti yaymışdır. Dərc olunmuş mətbuat üçün açıqlamada Red Bull Advanced Technologies bölməsi ilə britaniyalı dəbdəbəli sportkar istehsalçısı arasında əməkdaşlığın başlanıldığı bildirmişdir.

Yeni layihənin zavod kod adı AM-RB 001 olaraq elan edilmişdir. Gələcək hiperkarın yaradılmasında Ədriən Nyüi ilə birlikdə Aston Martin markasının 2005-ci ildən baş dizayneri olan Marek Reyhman da istirak edəcəkdir. Bi layihənin digər bir tərəfdaşı AF Racing AG komandasıdır.  Aston Martin və Red Bull avtomobil haqqında geniş məlumat verməkdən imtina etmişlər. Hətta, avtomobilin nə zaman debüt edəcəyi də məlum deyildir. İlk dəfə Ədriən Nyuinin Aston Martin üçün superkar yaradacağı barədə məlumat keçən il səslənmişdir.

Yaradılıcaq avtomobilin əsas rəqiblərinin McLaren P1 GTR və Ferrari FXX K modellərinin olacağı bildirilmişdir. Sonradan Nyuinin hazırladığı avtomobilin elektrik güc aqreqatı ilə də təchiz ediləcəyi söylənilmişdir.