1960-cı illərin ortalarında istehsal edilən Alfa Romeo Giulia Sprint GT sportkarı təkcə öz dövrünün ikonasına deyil, həm də hər bir klassik avtomobil kolleksiyasının arzu edilən eksponatına çevrilib. Orijinal modelin üslubunu saxlamaq, eyni zamanda müasir texniki xüsusiyyətləri əldə etmək istəyənlər üçün, İtaliyanın Emilia Auto şirkəti müxtəlif dövrlərə aid olan Alfa Romeo avtomobillərinin iki nəslini birləşdirəcək restomodu buraxacağını bəyan edib.
Avtomobilin dizaynı bütövlükdə klassik Giulia Sprint GT modelini təkrarlayır, lakin onun ölçülərində bəzi dəyişikliklər edilib. Bunu orijinal avtomobilin dizaynını müasir platformaya uyğunlaşdırılması tələb edib.
Xüsusilə, mühərrik bölməsində daha böyük mühərrik yerləşdirmək zərurəti avtomobilin uzunluğunun 40 millimetr artırılmasına gətirib çıxarıb. Güc qurğusunun və əyləclərin lazımi şəkildə soyudulmasını təmin etmək üçün isə, hava girişlərinin sayını və ölçülərini artırmaq gərək olub.
Müasir detallara gəlincə, resomod LED işıq texnikasına, kondisionerə, arxa görüntü kamerasına və 8,8-düymlük taçskrini olan multimedia sisteminə sahib olacaqdır. Eyni zamanda, Emilia Auto müştərilərin xahişi ilə avtomobili onların ehtiyac duyduğu bütün zəruri avadanlıqlarla təchiz etməyə hazırdır.
Əlbəttə ki, kuzovun rənglənmə sxemini və salonun tərtibat variantlarını seçmək imkanı da olacaqdır.
Texniki cəhətdən restomod Alfa Romeo Giulia Quadrifoglio sedanını təkrarlayacaqdır - yəni onun kapotunun altında atomatik tranmissiya ilə tandemdə çalışan 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik V6 biturbo mühərriki yerləşəcəkdir.
Güc qurğusuna müdaxilə barədə məlumat verilməyib, lakin qiyməti 400 min avro olan restomodun alıcılarına texniki təkmilləşdirmələrin də təklif olunacağı istisna edilmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.