Dünən BMW M bölməsinin yeni M-modelini hazırlaq planlarının olduğu barədə məlumat vermişdik. Xatırladaq ki, BMW M bölməsinin marketinq üzrə vitse prezidenti Timo Reş 2022-ci il ərzində kiçik seriya ilə buraxılacaq M-modelinin təqdim ediləcəyini bildirmişdi.
BMW 3.0 CSL Hommage və BMW 3.0 CSL
BMW Blog nəşrinin əldə etdiyi məlumata görə, söhbət, keçən əsrin 70-ci illərinin birinci yarısında buraxılmış məşhur BMW 3.0 CSL sportkarının birbaşa varisindən gedir. Onu bir ay bundan əvvəl debüt edən M3 CSL kupesinin bazasında inşa edəcəklər. Üstəlik, bu model alternativ kuzov dəsti olan M4 CSL kupesi olmayacaqdır: yeni model tamamilə başqa kuzovu alacaqdır.
BMW 3.0 CSL modelinin varisinin mexnaiki tranmsmissiyanı və gücü 600 at qüvvəsinə qədər artırılmış 3,0-litrlik altısilindrli tvin-turbo mühərrikini alacağı söylənilir. Nəşr texniki hissə barədə məlumatı bölüşməklə kifayətlənməyib və yeni M-modelinin alabəzək kamuflyaja bürünmüş prototipinin şəkillərini də dərc edib.
Dərc edilmiş şəkillərdən göründüyü kimi, yeni 3.0 CSL modelinin dizaynı həm orijinal kupedən, həm də 2015-ci ilin 3.0 CSL Hommage konseptindən ilham alınaraq yaradılıb. Məsələn, prototip 1973-cü ilin 3.0 CSL modelindən ön bamperdəki iki yumru hava girişlərini irsən alıb.
Ən maraqlısı isə, avtomobilin kamuflyaj örtüyüdür - prototip ənənəvi ağ-qara örtüyə deyil, M bölməsinin əvvəlki avtomobillərinin təsvir edildiyi rəngli varianta malikdir
Kapotun üstündəki “I like it rare” yazısı modelin məhdud saylı tirajla buraxılacağına işarə edir. Versiyalardan birinə görə, avtomobil 50 nüsxədə buraxılacaq və hər nüsxənin qiyməti 750 min avro olacaqdır.
1972-ci ildə bu günə qədər M bölməsi CSL (Competition, Sportç Lightweigt kimi açıqlanır) indeksli üç model buraxıb: 1973-cü ildə orijinal BMW 3.0 CSL kupesi, 2003-cü ildə - BMW M3 CSL modeli, bu il isə, BMW M4 CSL modeli işıq üzü görüb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.