Londonda yerləşən və ekzotik avtomobillərin satışı üzrə ixtisaslaşmış Girardo & Co diler mərkəzi unikal Ferrari polis avtomobilini satışa çıxarıb. Dörd nəfərlik salona malik olanFerrari 250 GTE modeli 1963-cü ildə Romaa polisində xidmətə başlayıb və altı il içində cinayətkarlar arasında belə əfsanəyə çevrilib. Beş xidmət etdikdən sonra avtomobil təqaüdə göndərilib. Ferrari iki oxşar avtomobili inşa etsə də, bu günə onlardan yalnız biri qalıb.
1960-cı illərdə İtaliyadakı cinayət hadisələrinin əksəriyyəti təqiblərlə başa çatırdı. Cinayətkarlarin daha sürətli avtomobillərə keçməsi, polisi də eyni şəkildə davranmağa məcbur edib. Karabinyerlər Alfa Romeo 1900 modelini daha sürətli Giulia 1600 sedanları ilə əvəz ediblər. Lakin, bu tədbir kifayət qədər effektiv olmayıbb. Buna görə, "uçan dəstənin" zabiti Armando Spataforadan "cinayətkarlıqla mübarizə etmək üçün polisə nə lazım olduğunu" soruşduqda, o, - "Ferrari-dən daha yaxşı nə ola bilərki?" - cavabını verib.
İlk kütləvi dörd oturacaqlı Ferrari modeli 240 at qüvvəli 3,0-litrlik V12 mühərriki ilə təchiz edilirdi. Ferrari 250 GTE modeli 100 km/saat həddini yeddi saniyəyə toplayırdı. Maksimal sürət 230 km/saat idi.
Spatafora və daha üç polis əməkdaşı Maranelloya göndəriliblər və orada sürücülük bacarıqlarını artırmaq üçün kurslara qatılıblar. Proqramın sonunda, bu dördlüyün ən müvəffəqiyyətlisi olaraq, ona fabrik qeydlərində vett. Poliziya (polis avtomobili) adı ilə buraxılmış və 3999 nömrəli şassiyə malik olan Ferrari 250 GTE 2 + 2 Series II modelini göstəriblər. Ferrari şirkəti polisə iki bənzər avtomobili təqdim etsə də, onlardan biri, bir neçə həftədən sonra, təqib zamanı məhv edilib.
Spataforanın avtomobili 1968-ci ilə qədər polis sıralarında uğurla xidmət edib. Polis sportkarının hətta cinayətkarlar arasında əfsanəyə çevrildiyi və onunla yarışmağın nüfuzlu sayıldığı barədə şayiələr də mövcuddur. Ferrari 250 GTE 2 + 2 modeli 1972-ci ilə qədər Roma polisində xidmət edib, lakin aktiv əməliyyatlarda iştirak etməyib. Sonradan avtomobil özəl şəxsə satılıb. Yeni sahibi övladları ilə birlikdə avtomobili orijinal vəziyyətdə saxlamağa qərar verib və onu tez-tez milli və Avropa sərgilərində nümayiş etdiriblər.
1984-cü ildə əlamətdar bir hadisə baş verib: Armando Spatafora "öz" Ferrari kupesinin sükanı arxasına keçərək Coppa delle Dolomiti tarixi yarışında ikinci yeri tutub. 2000-ci illərin əvvəllərində avtomobil yeni açılan Polis Nəqliyyatı Muzeyinə təhvil verilib və o vaxtdan bu günə qədər, İtaliyada xüsusi səs siqnalı, sayrışan işıqlar və Squadra Volante livreayası ilə hərəkət etməyə icazə verilən yeganə şəxsi avtomobildir.
Polisin 250 GTE 2 + 2 modelinin qurğularının orijinallığı 2014-cü ildə alınan Ferrari Classiche sertifikatı ilə təsdiqlənib. Satıcı sorğuya əsasən avtomobilin qiymətini təqdim etməyə hazırdır.
Mənbə: Girardo