Bu gün Formula 1 aləmini təlatümə gətirən bir xəbər yayılmışdır. Azərbaycanda Formula 1 haqqında yeganə və peşəkar sayt olan f-1.az saytının verdiyi xəbərdə FOM-un başçısı Berni Ekklstounun istefaya göndərildiyi və onun səlahiyyətlərinin üç menecer arasında bölüşdürüldüyü bildirilmişdir.

Artıq Ekklstonun vəzifələrinin icrası Çeyz Keri, Şon Bratçes və Formula 1 aləmində məşhur olan Ross Brauna tapşırılıb. Keri direktorlar şurasının sədri və icraçı direktor, Braun idman direktoru, Bratçes isə kommersiya direktoru vəzifələriə təyin edilmişdirlər. 

Çeyz Keri, Formula1-in direktorlar şurasının sədri və icraçı direktoru: “Rossun Formula1-ə qayıtmasına görə şadam. O, 40 il ərzində işlədiyi komandaların və bu idmanın inkişafında əvəzsiz rol oynayıb. Artıq mənə onun texniki bilikləri, təcrübəsi və təhlili çox kömək edib.

Şonun bizə qoşulması məni həyəcanlandırır. O, ESPN-in dünya idman mətbuatında aparıcı yer tutmasında əhəmiyyətli rol oynayıb, şirkətin hərəkətverici qüvvəsi olub. Onun satış, marketinq və rəqəmsal media sahələrindəki bilik və təcrübələri bizə çox kömək edəcək”.

Ross Braun, Formula1-in idman direktoru: “Formula1-ə qayıtmaq fantastikadır. Mən son aylarda sevinc hissilə Liberty Media ilə danışıqlar aparırdım və indi Şon və komandamızın digər üzvləri ilə birlikdə Formula1-in inkişafına kömək etmək üçün işləyəcəm. Biz komandalarla əməkdaşlıq üçün yeni həll yolları axtaracağıq və yarışların daha yaxşı təbliğ edilməsi üçün çalışacağıq. Bu, azarkeşlər üçün də vacibdir.”

Şon Bratçes, Formula1-in kommersiya direktoru: “Mən bu gözəl idman növündə uzunmüddətli və mühüm vəzifə tutmaq fürsətini əldə etdiyim üçün çox həyəcanlıyam. Formula1 perpesktiv inkişaf üçün əlverişli imkanları olan nadir idman yarışıdır. Mən şadam ki, Formula1 azarkeşlərinin maraqlarını ödəyə biləcək növbəti nəsil rəqəmsal texnologiyaların yaradılması üçün sponsorlar və teleşirkətlərlə sıx əməkdaşlıq edəcəyik”.