Peşəkar yarışçı və kaskadyor olan Ben Kollinz Range Rover Sport avtomobilində İsveçrə Alplarında yerləşən Inferno Mürren dağ xizəyi trassasını qət etmişdir. Xatırladaq ki, Ben Kollinz əvvəllər “Top Gear” verlişindəki məşhur Stiq rolunun ifaçısı olmuşdur. 14,9 kilometr yamacla enişə Kollinz 21 dəqiqə 36 saniyə sərf etmişdir.
Yürüş üçün 510 at qüvvəli mexaniki kompressoru 5,0-litrlik V8 mühərriki olan Range Rover Sport ofroderi istifadə edilmişdir. Inferno Mürren yamacı ilə eniş üçün nəzərdə tutulan avtomobildə xüsusi karkas, təhlükəsizlik kəmərləri və gücləndirilmiş şinlər quraşdırılmışdır. İnferno Mürrendə hündürlük səviyyəsi 2170 metr təşkil edir.
Ben Kollinz tərəfindən Range Rover Sport ofroderində göstərilmiş maksimal sürət 155 km/saat təşkil etmişdir. Kollinzin qət etdiyi eniş, ən iri həvəskar xizək yarışı olan Inferno Race’in keçirilsiyi məkandır. Yüksək maraq üzündən təşkilatçılar iştirakçıların sayını 1800 nəfərə qədər məhdudlaşdırmışdırlar. Bu yamacda keçirilən ilk yarış 1928-ci ilədə baş tutmuşdur.