Lamborghini şirkətinin avtoidman bölməsi Evo2 versiyasında olan Huracan GT3 superkarının tizerini dərc edib. Şəkili “The STOry continues ...” (“Tarix davam edir...”) yazısı ilə müşayət ediblər. Bu, yarış kupesinin Huracan STO (Super Trofeo Omologata) yol-trek modelinin motivləri əsasında inşa edildiyinə işarədir.
Lamborghini Huracan GT3 Evo
Dallara Engineering firmasının iştirakı ilə hazırlanmış orijinal Huracan GT3 modeli 2015-ci ildə debüt edib. 2018-ci ildə ciddi modernləşmədən keçən superkar Huracan GT3 Evo adlandırılıb. Növbəti “təkamülləşmə” 2022-ci il mövsümü öncəsi baş tutmalı olsa da, Lamborghini Squadra Corsa onu koronavirus pandemiyası səbəbindən bir il təxirə salmaq məcburiyyətində qalıb. Avtoidman bölməsinin rəhbəri Corcio Sannanın sözlərinə görə, bu təxirəsalma komandaya əlavə sərmayə qoyuluşlarını həyata keçirmək üçün daha çox vaxtı ayırmağa kömək edib.
Lamborghini Huracan Super Trofeo Evo 10th Edition
Huracan GT3 modelinin sonuncu yenilənməsi ilk növbədə idarəetməni yaxşılaşdırmağa və çəkini azaltmağa yönəlmişdi. Avtomobili pilot üçün daha yaxşı anlaşılan etmək nəzərdə tutulurdu. Bunun üçün onun bəzi kuzov detallarını və aerodinamik elementləri dəyişmək, asqını və mühərriki yenidən işləmək gərək olub. Yaxşılaşdırmaların əksəriyyəti bir il bundan öncə debüt etmiş Huracan Super Trofeo Evo modelinin üslubunda aparılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.