İyun ayının ortalarında nümayiş etdirilmiş ekstremal Nissan Navara Pro-4X Warrior pikapının üzərindəki sirr pərdəsi artıq tamamilə götürülüb. Avstraliyalı alıcılara ünvanlanmış pikap, Nissan şirkətinin yeri bölməsi tərəfindən “dünyanın ən möhkəm Navara” modeli kimi təqdim edilir.
Warrior versiyası ilk dəfə iki il əvvəl yerli model çeşidində peyda olub, yeni variant isə keçən payızda debüt edən yenilənmiş pikapın əsasında yaradılıb. “Döyüşçü” yenilənmiş Nissan Navara Pro-4X pikapına əsaslanır. Belə modifikasiya, artıq kiçik də olsa, mürəkkəb yolsuzluqda hərəkət üçün hazırlığa malikdir.
Əvvəl olduğu kimi, Nissan şirkəti “möhkəm” pikapın yaradılmasına Avstraliyanın Viktoriya şəhərində yerləşən Premcar mühəndislik bürosunu cəlb edib. Əvvəllər bu büro ingilis Prodrive şirkətinin filialı idi və Ford konserninin yerli şöbəsi ilə əməkdaşlıq edirdi.
Lakin 2012-ci ildə büro müstəqil şirkətə çevrildi və indi əsasən Çinin avtomobil istehsalçılarına kömək edir. Warrior versiyasını hazırlayarkən mühəndislər pikapların Avstraliyadakı istismar xüsusiyyətlərini və yerli alıcıların ehtiyaclarını nəzərə alıblar.
Pikapın şassisi ciddi şəkildə təkmilləşdirilib. Artırılmış diametri olan daha davamlı amortizatorlar və daha yumşaq yaylar (həm öndə, həm də arxada) quraşdırılıb, təkər izi isə 30 millimetr genişləndirilib. Yükgötürmə qabiliyyəti baza şinlərindən 1,5 dəfə çox olan ofroud şinlərinin ölçüsü 275/70 R17-dir. Altlığın əlavə müdafiəsi 3 millimetr qalınlığında metal təbəqədən hazırlanıb.
Nəticədə, klirens 220-dən 260 millimetrə qədər artırılıb – məsələn, 15 millimetrlik artımı yeni yaylar (qalanını təkərlər təmin edir)verib. Kuzovun giriş bucağı 32-dən 36 dərəcəyə qədər artırılıb. Ancaq çıxış bucağı bir qədər azalıb (19,8 dərəcə əvəzinə 19) – bunun səbəbi quraşdırılmış yedək qurğusu ilə bağlıdır. Bundan əlavə, tamölçülü ehtiyat təkəri arxa çıxışda bərkidilib.
Digər təkmilləşdirmələr arasında quraşdırılmış diod fənərləri olan ön polad bamper, kabinin arxasındakı güc qövsü və təkər tağlarının plastik genişləndiriciləri var. Salon toxunulmaz qalıb: donor Navara Pro-4X versiyası "dəri" salon və mediasistem də daxil olmaqla, zəngin təchizata malikdir. Güc aqreqatı da standartdır: 190 at qüvvəli 2.3 dCi biturbo dizeli altı pilləli mexaniki və ya yeddi pilləli avtomatik transmissiya ilə təchiz edilə bilər.
Warrior versiyası Nissan şirkətinin Avstraliya bazarındakı rəsmi model çeşidinə daxil edilib və bu səbəbdən də tam şəkildə sertifikatlaşdırılıb. Bütün əlavə avadanlıqlar avtomobili ağırlaşdırdığından, onun icazə verilən ümumi çəkisini 100 kiloqram (3250 kiloqrama qədər) artırmaq gərək olub. Bununla belə, baş vermiş dəyişikliklərdən sonra, pikapın yükgötürmə qabiliyyəti 52 kiloqram (transmissiyadan asılı olaraq 952-961 kiloqrama qədər) azalıb.
Avtomobilin qiyməti açıqlanmasa da, Avstraliyadakı dilerlər Nissan Navara Pro-4X Warrior pikaplarına sifarişləri qəbul etməyə başlayıblar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.