Toyota şirkəti Tokyo avtosalonunda GRMN Yaris hetçbekini nümayiş etdirib - bu, GR Yaris modelinin daha ekstremal versiyasıdır. Ekstremal hetçbek peşəkar pilotların və şəxsən şirkətin prezidenti Akio Toyodanın məsləhətlərinə əsasən hazırlanıb. Xatırladaq ki, Toyoda yapon Super Tailkyu seriyasında çıxış edir. Hetçbek daha enli və yüngül olub, arxa divandan mərhum edilib və onun sürətlənmə dinamikası yaxşılaşdırılıb.

Ekstremal hetçbekin satışlarına gələn yay başlanacaq və hot-hetç 500 nüsxəlik tirajla buraxılacaqdır. Hər bir Toyota GRMN Yaris modeli üçün opsiyalar paketini sifariş etmək olar. Bu dəstlərin tərkibinə gücləndirilmiş asqı komponentləri, karbonplastikdən detallar, təkərlər və böyüdülmüş rotorları olan əyləclər daxildir. Yeni modelin qiyməti 7.317.000 yendən (108,5 min manat) başlayır.

GRMN Yaris modelinin əsası olaraq, BBS diskləri, Michelin Pilot Sport 4S şinləri, habelə ön və arxada yüksək sürtünməli Torsen differensial olan GR Yaris RZ High Performance modifikasiyası götürülüb.

Kuzov 545 nöqtəli yeni qaynaq yerləri, 12 metrlik konstruktiv kley və arxa divanın yerindəki köndələn tir ilə gücləndirilib. Adi hetçbekdə olduğu kimi təkcə dam deyil, həmçinin kapot və arxa spoyler CFRP-plasikdən hazırlanıb. Bütün bunlar avtomobilin quru çəkisini 30 kiloqram azaltmağa imkan verib.

Kapotun altında əvvəlki kimi 272 at qüvvəli 1,6-litrlik üçsilindrli turbomühərrik yerləşir. Mühərrikin fırlanma anı 370-dən və 390 Nm-ə qədər artırılıb. Sürətlənmə dinamikasını yaxşılaşdırmaq üçün birincidən dördüncüyə qədər olan pillələr yaxışlaşdırılıb və yeni baş cütlük quraşdırılıb.

Transmissiyanın etibarlığını artırmaq üçün dişli çarxların cərgəsini möhkəmləndirmək, habelə metal-saxsı  muftanı əlavə etmək və Torsen kilidini disk kilidinə dəyişmək gərək olub.

Bundan başqa, iki opsional paket nəzərdə tutulub. İlk paket Rally Package adlanır və altlığın əlavə müdafiəsini, artırılmış klirensi (120-nin əvəzinə 130 millimetr) , GR amortizatorlar dəstini və qısa sabitləşdirmə qovşaqlarını, habelə təhlükəsizlik yarıkarkasını ehtiva edir.

İkinci, Circuit Package  asfalt yarışları üçün nəzərdə tutulmuşdur. Bu Dstin tərkibində tənzimlənən Bilstein dayaqları, xüsusi 18-düymlük BBS diskləri, böyüdülmüş əyləc diskləri, ön splitter və arxa spoyleer daxildir. Hər iki halda salonda yan hava yastıqları olan Recaro oturacaqları quraşdırılır.

Lakin bu hələ hamısı deyil. Hot-hetçlərin sahiblərinə iki xidmət proqramı təklif olunacaqdır. Update proqramı avtomobili yeni komponentlərin buraxılması sayəsində yaxşılaşdırmaq, Personalization proqramı isə idarəetmə məlumatlarını təhlil edərək, daha incə tənzimləmələr aparmağa imkan verəcəkdir. Proqramda iştirak ödənişlidir, lakin mütləq deyil.

Yaponiya bazarı üçün cəmi 500 ədəd Toyota GRMN Yariş hetçbeki buraxılacaqdır. Onlardan 50 ədədi Circuit paketi ilə təchiz ediləcəkdir. Satışlar yayda başlanmalıdır. Toyota hetçbekin populyar olacağından şübhə etmir və buna görə də öncədən sifarişləri lotorayada oynadacaqlar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GRMN Yariş modelinin baza versiyasının qiyməti 7.317.000 yen təşkil edəcəkdir. Rally dəsti avtomobilin qiymətini 8.378.764 yenə, Circuit isə 8.467.000 yenə qədər artıracaqdır. Adi GR Yariş RZ High Performance modelinin qiyməti 4.560.000 yen təşkil edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.