Bring A Trailer hərracında satışa 1992-ci ilin BMW M5 (E34) universalı çıxarılıb. Bir neçə gün ərzində avtomobil üçün təklif edilən qiymət artaraq 45.000 ABŞ dollara çatıb.
Satışa çıraxılmış BMW M5 (E34) universalı alman şirkəti tərəfindən 1992-1994-cü illər arasında istehsal olunan 891 universaldan biridir. Yaşının çox olmasına baxmayaraq, avtomobil mükəmməl vəziyyətdədir. Bu, avtomobilin əvvəlki sahiblərinin ona böyük qayğı ilə yanaşdıqlarını sübut edir.
2007-ci ilə qədər avtomobil Almaniyada olub. Sonradan onu Kaliforniyaya gətiriblər. 2008-ci ildə avtomobili hazırki qara metallik rəngə boyayıblar. 2012-ci ildə avtomobilin üzərindəki kiçik çapıq və cızıqları aradan qaldırmaq üçün yenidən boyayıblar. Bundan əlavə, M5 Touring yeni işıq texnikasını, səsboğucu sistemini və asqısını yeniləyiblər.
M5 Touring modelinin salonunda dəri işlənmiş oturacaqları və qapı panellərini görmək olar. Bundan əlavə, avtomobil qızdırılan ön oturacaqlar, iqlimə nəzarət sistemi və avtomatik tündləşən arxa görünüş güzgüsü, telefon və arxa salon işıqları ilə təchiz edilmişdir.
Modelin kapotunun altına 335 at qüvvəli 3,8-litrlik altısilindrli mühərrik quraşdırılıb. Güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışır. M5 universalının maksimal sürəti saatda 300 kilometrdir.
28 yaşlı avtomobilin yürüşü 385 min kilometrdir. Hazırki sahibi modeli 2012-ci ildə əldə edib. Onun fikrincə, M5 E34 universalı Audi RS 6 Avant və ya Mercedes-AMG E63 T üçün əla alternativdir. Avtomobilin sahibi nadir avtomobildən 30 min dollar qarşılığında ayrılmağa hazırdır.