Almaniyalı pilot Daniel Abtın Youtube kanalındakı səhifəsində Formula E bolidinin dörd elektrik mühərrikinə sahib olan Audi RS3 prototipinin yeni videoçarxı dərc edilib. Prototip Schaeffler mühəndislik şirkəti tərəfindən inşa edilibdir.
Audi RS3 modelinin 2,5-litrlik turbomühərriki ABT Schaeffler FE0 yarış bolidinin mühərrikləri ilə əvəz edilibdir. Güc qurğusunun ümumi hasilatı 1200 at qüvvəsi və 1280 Nm fırlanma anı təşkil edir. İdarəedilən dartma vektoruna məxsus olan sedan 200 km/saat həddinə yeddi saniyədən az müddətə sürətlənir. Elektrik mühərriklərinin və bir pilləli transmissiyanın ümumi effektivliyi 95% təşkil edir. Güc aqreqatları 64 kilovat-saatlıq batareyalardan qidalanır.
Prototipin nələrə qadir olduğunu göstərmək üçün onu bir sıra superkarlar ilə yarışdırıblar. Bu superkarların arasında Lamborghini Huracan Performante və Porsche 911 GT2 RS modelləri də vardır.