Amerika mənşəli Genovation Cars şirkəti Chevrolet Corvette sportkarını sonuncu nəslinin bazasında hazırladığı elektrik superkarına sifarişləri qəbul etməyə başlamışdır. Genovation Extreme Electric (GXE) adını almış elektrokarı əldə etmək üçün 750 min dollar ödəmək gərəkdir.

Elektriklə hərəkətə gələn Corvette ümumi gücü 660 at qüvvəsi, fırlanma anı isə 813 Nm olan iki elektrik mühərriki ilə təchiz edilmişdir. Güc aqreqatları 210 kilometr yürüş məsafəsini təmin edən akkumulyator dəstindən qidalanır. Genovation Cars nümayədələri avtomobilin çəkisinin oxlar arasında ideal şəkildə - 50:50 nisbətində böldüklərini iddia edirlər. Bununla yanaşı, onlar elektrokarın dinamik xarakteristikaları barədə məlumat verməmişdirlər.

Cəmi 75 ədəd belə avtomobilin istehsal edilməsi nəzərdə tutlmuşdur ki, onalrın da istehsalına 2019-cu ildə başlanacaqdır. Avtomobil üçün öncədən 250 min dollar avans ödəmək gərəkdir. İyul ayında Genovation Cars şirkəti adi yollar üçün olan elektrokarlar üçün özünə məxsus olan sürət rekordunu yeniləmişdir. 2006-ci ilin Chevrolet Corvette Z06 modelinin bazasında hazırlanmış 600 at qüvvəli elektrokar 330,8 km/saat həddinə qədər sürətlənmışdir.