Beynəlxalq Enerji Agentliyi (BEA) 2021-ci ildə elektrikləşdirilmiş avtomobillərin qlobal satışı ilə bağlı hesabatı dərc edib. Söhbət həm elektromobillərdən, həm də təkrar doldurulan hibridlərdən (PHEV) gedir: əksər ölkələrdə onları elektrokarlara bərabər tuturlar, çünki plagin hibridlər həm uzunmüddət elektrik ötürməsi ilə hərəkət etmək, həm də batareyanı şəbəkədən doldurmaq imkanına malikdirlər.

BEA-nın məlumatına görə, elektrikləşdirilmiş avtomobillərin satışı keçən illə müqayisədə iki dəfədən çox artaraq 3,1 milyondan 6,6 milyona qədər yüksəlib. 2020-ci ildə elektrikləşdirilmiş avtomobillərin bazar payı 4,1% təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 8,6% olub.

Elektrikləşdirilmiş avtomobillər bazarının son on ildə ciddi irəliləyiş göstərib, məsələn, 2012-ci il ərzində satılan 130 min elektrikləşmiş nəqliyyat vasitəsi, indi təxminən bir həftəyə satılır. BEA-nın məlumatına görə, 2021-ci ilin sonuna dünya yollarında ildə 30 teravat/saat (TWh) elektrik enerjisi tükədən 16 milyon elektromobil və təkrar doldurulan hibrid var. Müqayisə üçün, bu istehlak İrlandiyanın illik elektrik enerjisi hasilatına bərabərdir.

Elektromobillərin əsas istehlakçısı Çindir. Keçən il burada 3,4 milyon elektromobil və təkrar doldurulan hibridlər satılıb (üçqat artım). Qeyd etmək lazımdır ki, bu rəqəm 2020-ci ildə dünya üzrə satılmış elektrikləşdirilmiş nəqliyyat vasitəsinin sayından çoxdur. JATO Dynamics agentliyinin məlumatına görə, keçən il Çində 2,34 milyon elektromobil satılıb. İlin sonuna elektrikləşdirilmiş modellərin ümumi satış həcmindəki payı 20 faizə çatıb. Çox güman ki, bu il artım səngiyəcəkdir, çünki yanvar ayından elektrokarların alınmasına yönəldilmiş dövlət subsidiyaları üçdə bir dəfə azaldılıb. Digər tərəfdən, Çində subsidiyaların əhatə etmədiyi miniatür Wuling Mini EV hetçbeki (470 min ədəd) ən populyar elektromobil olub.

Elektromobillər və təkrar doldurulan hibridlərin ikinci ən böyük bazarı Avropadır: Köhnə Dünyada 2021-ci ildə 2,3 milyon elektrikləşdirilmiş avtomobil satılıb. Bu, illik 70% artım və 17% bazar payı deməkdir. Bununla belə, sırf elektromobillər bu həcmin yalnız yarısını təşkil edirlər. Buna baxmayaraq, dekabrda elektrik şəbəkəsinə qoşulan avtomobillərin payı artıq 21 faizə çatıb və ilk dəfə olaraq dizellə işləyən avtomobillərdən çox olub. Norveçdə elektrikləşdirilmiş modellərin payı ötən il 72%, İsveçdə - 45%, Hollandiyada - 30%, Almaniyada - 25%, Fransa və Böyük Britaniyada isə 15% təşkil edib.

Keçən il ABŞ bazarında təxminən 700 min elektrikləşdirilmiş avtomobil satılıb. Bunlardan 450 mini elektromobillərdir və onlardan 361 mini Tesla markasının payına düşür. Dünyanın digər bölgələrində hələ də belə avtomobillərə üstünlük verilmir: BEA-nın məlumatına görə, bu bölgələrdə 300 minə yaxın elektrikləşdirilmiş nəqliyyat vasitəsi satılıb. Hətta inkişaf etmiş Yaponiyada belə onların bazar payı 1 faizdən azdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BEA-nın məlumatına görə, Tesla keçən il 936 minlik göstərici ilə elektrikləşdirilmiş avtomobillərin ən böyük satıcısı olub. İkinci yerdə Volkswagen konserni (763 min), üçüncü yerdə Çininin BYD şirkəti (598 min), dördüncü və beşinci yerlərdə, müvafiq olaraq, General Motors (517 min) və Stellantis (385 min) konsernləri qərarlaşıblar. JATO Dynamics 2021-ci ildə dünyanın ən çox satılan elektromobillərinin reytinqini tərtib edib. Keçən ilin bestselleri Tesla Model 3 sedanı olub. İlk onluğa Wuling Mini EV, Tesla Model Y, BYD Han EV, Renault Zoe, VW ID.3, VW ID.4, BYD Qin EV, Chery eQ1, Shineray X30 modelləri daxil olmağı bacarıblar.

BEA mütəxəssisləri batareyalı avtomobillərinin satışındakı çılğın artımın tezliklə yavaşlayacağını proqnozlaşdırırlar. Bu ilk növbədə, elektrikləşdirilmiş nəqliyyat vasitələrinin qiymətlərinin artması və batareyaların istehsalında istifadə olunan xammalın bahalaşması ilə əlaqədardır. Ötən il litiumun qiymət artımı 150%, nikelin - 25%, qrafitin isə 15% təşkil edib. BEA-nın hesablamalarına görə, əgər nəqliyyatın elektrikləşdirilməsi bu templə davam edərsə, artıq 2025-ci ildə litium çatışmazlığı ilə üzləşə bilərik.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.