Britaniyanın Charge Automotive firması 1967-ci ilin Ford Mustang Fastback modelinin bazasında hazırladığı elektrik restomodunun istehsalına başladığını bildirib. 2018-ci ildə təqdim edilmiş modeli əllə yığacaqlar. Ümumilikdə 499 ədəd eksklüziv avtomobil buraxılacaqdır. İstehsal zamanı Ford şirkəti tərəfindən lisenziyalaşdırılmış tarixi kuzovlardan istifadə olunacaqdır. Restomodun üç il əvvəl elan edilmiş qiyməti dəyişməyib - 350 min funt sterlinq.
Tarixi kuzovların bazasında yaradılmış eksklüziv Mustang modellərini müasir qaynaq texnologiyalardan istifadə etmək ilə yığacaqlar. Klassik modellə vizual oxşarlığa malik olmasına baxmayaraq, avtomobil bağlı radiator barmaqlığı, LED ön fənərlər, irəli çıxan qapı tutacaqları və kastom təkər diskləri ilə təchiz edilir. Salonda texnologiyalar daha çox olacaqdır. Restomod rəqəmsal cihazlar panelini, multimedia sisteminin şaquli ekranını, ötürmələr qutusunun düyməli selektorunu və yarış oturacaqlarını əldə edəcəkdir.
Restomodun kapotunun altında Arrival şirkətinin ikimühərrikli elektrik güc qurğusu yerləşir. Güc qurğusunun hasilatı 536 at qüvvəsi və 1500 Nm fırlanma anı təşkil edəcəkdir. Elektrokar 100 km/saat həddinə 3,9 saniyəy sürətlənəcəkdir. Dolu batareya ilə model 322 kilometr məsafə qət edəcəkdir. Bununla belə, restomod üçün yeyin yükləmə funksiyası nəzərdə tutulmayıb. Elektrokar 50 kilovatlıq yükləməni dəstəkləyir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.