Aparılan araşdırma nəticəsində məlum olub ki, Xiaomi avtomobilinin sahibi gizli qapı tutacaqları səbəbindən həyatını itirib. 13 oktyabr 2025-ci ildə sərxoş sürücünün idarə etdiyi Xiaomi avtomobili Çendu şəhərindəki magistralda başqa bir avtomobillə toqquşub, sonra isə, qarşıdan gələn zolağa çıxaraq orada alovlanıb. Yerli Yol Qəzalarının Qiymətləndirilməsi Mərkəzi tərəfindən aparılan məhkəmə-tibbi ekspertizası qəzanın əsas təfərrüatlarını açıqlayıb.
Toqquşmadan üç saniyə əvvəl avtomobil təxminən 203 km/saat sürəti ilə hərəkət edib. Öndəki avtomobillə təmas zamanı onun sürəti 167 km/saata qədər azalıb, sonra isə, 138 km/saat sürəti ilə bölücü baryerə çırpılıb.
Təhlükəsizlik üzrə ekspertlər hesabatlarında “qapıları çöldən açmağın mümkün olmadığını, çünki toqquşmanın aşağı gərginlikli sistemdə elektrik kəsintisinə səbəb olduğuna və bunun da qapı tutacağının açılması funksiyasını sıradan çıxardığı” bildirilir.
Hesabatda avtomobilin qapılarında çöldən açmaq üçün elektrik düymələri olsa da, elektriksiz işləyən mexaniki qəza tutacaqlarının olmadığı bildirilir. Şahidlərin sözlərinə görə, onlar dəhşətli görüntülərlə rastlaşıblar və avtomobilin qəzadan beş dəqiqə sonra üç dəfə alışdığını bildiriblər. Çoxsaylı şəxslərin sürücünü xilas etmək cəhdləri boşa çıxıb - qapıları nə içəridən, nə də çöldən açmaq mümkün olmayıb.
Videoçarxda da göründüyü kimi, hadisənin şahidlərindən biri qapını güclü şəkildə özünə tərəf çəkib, lakin onun cəhdi uğursuz olub və qapı bağlı qalıb. Başqa biri şüşəni ağır əşya ilə sındıra bilsə də, qapını içəridən də aça bilməyib və bu zaman avtomobilin altında boğuq partlama səsi eşidilib. Avtomobildə mexaniki qəza tutacaqları olan elektrikli qapıdan istifadə edilir, lakin onlara çatmaq üçün qolu tam şəkildə şüşəndən içəri salmaq gərəkdir.
Bu arada, Çində avtomobil istehsalçılarına elektromobilləri gizli qapı tutacaqları ilə təchiz etmək qadağan olunub. Bu qərarın səbəbi məhz passiv təhlükəsizliklə bağlı məsələlərdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









