IBM Research laboratoriyası ağır metallardan olan kobalt və nikelin istifadə edilmədiyi yeni növ batareyanı hazırlayıblar. Bu metalların əvəzinə dəniz suyundan əldə edilmiş xüsusi materiallardan istifadə edilir.

Yeni batareyaların ilk sınaqları ənənəvi litium-ion batareyalarının yeni növ akkumulyatorlar ilə əvəzlənməsinin nəzəri cəhətdən mümkün olduğunu təsdiq edib. Özü də, yeni batareyalar bütün parametrlərə görə əvvəlkilərdən üstündürlər – onların doldurulma sürəti daha yüksəkdir, enerji saxlama sıxlığı çoxdur, gücü yüksəkdir, alışma risqi və maya dəyəri aşağıdır. Bundan başqa, katod kimyasının dəniz suyundan alınması, ekologiya nöqteyi nəzərindən nikelin çıxarılması kimi “çirkli” üsullardan imtina etməyə şərait yaradacaqdır.

IBM Research laboratoriyası ağır metalların əvəzedicilərinin adını açıqlamasa da,  onların "semantik zənginləşdirmə" texnologiyasından istifadə edilərək  əldə olunduğunu bildirib. Bu metod, tədqiqatçılara milyonlarla təcrübənin nəticələrini emal edərək, fərziyyələri yoxlamağa imkan verən süni intellekt və maşın təliminə əsaslanır.

Tədqiqatçılar “dəniz” batareyasının enerjisinin 80 faizini beş dəqiqə ərzində bərpa etməyə müvəffəq olublar. Prototipin enerji səmərəliliyi isə 90 faizdən çox olub. Enerjinin saxlama sıxlığının həcmə olan nisbəti bir litrə 800 kVs, gücün bir litrə düşən xüsusi çəksisi isə 10.000 Vt olub.