İsveçrədən olan Classic Factory şirkəti Elextra elektrik superkarı haqqında ətraflı məlumatı və onun fotoşəkillərini dərc etmişdir. Belə ki, elektromobilin 100 km/saat sürəti ilə 600 kilometr məsafə qət etmək iqtidarında olduğu bildirilmişdir.
Elextra dördqapılı və dördyerli kuzova, həmçinin dartma qüvvəsini oxlar arasında sərbəst bölüşdürən tam çəkiş sisteminə malikdir. Elektromobil karbondan hazırlanmış şassiyə və kuzova sahib olacaqdır. Classic Factory şirkətindən elektromobilin alüminiumdan konstruksiyası olan bənzər avtomobildən 25% yüngül olduğunu bildirilmişdir.
Elextra modelinin güc qurğusunun tərkibinə iki elektromotor daxildir ki, onların da hər biri bir oxda yerləşdirilmişdir. Güc qurğusunun ümumi gücü 680 at qüvvəsi təşkil edir. Elektromibil 100 km/saat həddinə 2,3 saniyəyə sürətlənir. İsveçrəlilər superkarlarının, ümumi yollar üçün nəzərdə tutlan seriya avtomobilləri arasında ən yeyin sürətlənən avtomobil olacağını iddia edirlər. Bununla belə, elektromobilin maksimal sürəti 250 km/saatda elektronika tərəfindən məhdudlaşdırılmışdır.
Əvvəl də bildirildiyi kimi, elektrik superkarının hazırlanması İsveçrədə aparılsa da, onun istehsalı Almaniyada həyata keçiriləcəkdir. Yeni modelin tirajı 100 nüsxəni keçməyəcəkdir. Superkarın qiyməti bildirilməmişdir.
Modelin seriya variantının təqdim ediləcəyi tarix açıqlanmamışdır.