Sabiq F1 pilotu Emanuele Pirro Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən Belçika Qran Prisinə üçüncü stüard vəzifəsinə dəvət olunub. Onunla birgə yarışın mübahisəli epizodlarına Almaniyanın DMSB Assosiasiyasının nümayəndəsi doktor Gerd Ennzer və Avstraliya Avtoidman Konfedensiyasının sabiq vitse-prezidenti Stiven Choppinq də aydınlıq gətirəcək.
Ümümi olaraq, cari ildə yarışlara dəvət olunan stüardlar sırasında Denni Sallivan (Avstraliya, İspaniya və Macarıstan), Emanuele Pirro (Bəhreyn və Kanada), Mika Salo (Bakı və Monako), Derek Uorik (Çin və Almaniya), Yannik Dallmas (Fransa), Tom Kristensen (Avstriya) və Vitantonio Liucci (Böyük Britaniya) də var.