Şəxsi təyyarə almaq istəyən potensial alıcısı "qanadlı dostunu" seçərkən üç əsas tələbi rəhbər tutur: rahatlıq, təhlükəsizlik və texniki xüsusiyyətlər. Hər kəs təyyarəsinin daha etibarlı, daha sürətli, daha uzun məsafəli və mümkünsə daha böyük və daha geniş olmasını istəyir. Məhz Embraer Lineage 1000E təyyarəsi müasir biznes cetin bütün zəruri keyfiyyətlərini özündə cəmləşdirir.
Lineage 1000E 874 km/saatlıq kreyser sürətinə malikdir. Onun maksimal uçuş hündürlüyü 12.497 metr, qalxış çəkisi 54,5 ton, uçuş məsafəsi isə 8519 kilometrdir
İnteryer və rahatlıq səviyyəsi
Embraer Lineage 1000E laynerinə daxil olan zaman, yalnız pul ilə ala biləcəyiniz ən incə nemətlərin dünyasına düşürsünüz (ABŞ Federal Aviasiya Administrasiyasının icazə verdiyi nemətləri nəzərdə tuturuq). Embraer Lineage 1000E təyyarəsi ölçüsünə görə digər özəl cetlərdən fərqlənir - 70 qanadlı kvadrat metrlik salonda 19 sərnişinin rahat şəkildə səyahət edə bilər. Sərnişin salonunun uzunluğu 25,7 metr , eni - 2,67 metr, hündürlüyü isə iki metrdir. Müştərilər beş zonanın ən yüksək keyfiyyətli dəri, yun və ipək daxil olmaqla minlərlə müxtəlif materialların birləşmədən ibarət olan tərtibat dizaynını seçə bilərlər.
Layner London City kimi mürəkkəb hava limanına emək üçün sertifikatlaşdırılıb və tam doldurulmamış yanacaq çənləri ilə çəki məhdudluğu olan hava limanlarında işləyə bilər. Embraer, oxşar hava limanlarında digər təyyarələrlə müqayisədə Lineage 1000E cetinin nə qədər böyük olduğunu vurğulamağı sevir
Şirkət, texniki xüsusiyyətləri və rahat şərtləri ustalıqla birləşdirərək qızıl ortanı tapa bilib. Əlbəttə ki, Embraer Lineage 1000E cetinin bənzərsiz cəhətlərindən biri, biznes cet üçün böyük ölçülərə malik olmasına baxmayaraq, Koloradadakı Aspen və Nyu Cersi ştatdakı Teterboro (Nyu York yaxınlığında) kimi çəki və qanad genişliyinə görə məhdudiyyətlər olan kiçik hava limanlarına asanlıqla enmə xüsusiyyətinə sahib olmasıdır. Kiçik hava limanları sadəcə böyük gəmiləri qəbul etmir, bu halda isə logistika müştəri üçün ciddi problemə çevrilir.
Yeyin və asanlıqla görüş məkanına və ya kinoteatra transformasiya edilə bilən sərnişin bölümü
Geniş məkan - dəbdəbə sayılır və Embraer Executive Jets şirkıətinin interyerlərin dizayna cavabdeh olan şöbəsinin əsas vəzifəsi, müştərinin özünü bir neçə saat ərzində metal silindrin içərisində deyil, evdə olduğu kimi hiss etməsidir. Müştərilərin ən cəsarətli gözləntilərinə cavab vermək dizayn şöbəsinin işinə daxildir. Təyinata görə, təyyarənin məkanı məhduddur, buna görə də istehsalçı yaradıcı olmalı və müştərinin demək olar ki, istənilən şıltaqlığını nəzərə alaraq, bütün imkanlardan maksimum yararlanmağın yollarını tapmalıdır. Şirkət materialların və interyer predmetlərinin axtarışına çoxlu güc sərf edir, buna görə də, hər bir potensial alıcının ən unikal istəklərinə cavab verən, xırda detallarına qədər düşünülmüş təkliflər hazırlanır.
Uzun məsafəli səfərlər zamanı ikiyerlik çarpayı olan yataq otağı karınıza gələcəkdir
İnnovasiyalar
Embraer Lineage 1000E sadəcə uçan aparat deyil, o, həm də çoxfunksiyalı ofis və rahat istirahət üçün məkandır. Müştəri ideal ölçülərə malik olan təyyarə ilə birlikdə qalxış və eniş zamanı yığışdırılmağı lazım olmayan 42 düymlük televizoru, həmçinin sərnişin oturacaqlarının çox funksiyalı yerləşdirilməsini əldə edir. Kresloların transformasiyası güc və xüsusi bacarıq tələb etmir - və budur, salon işgüzar danışıqlar üçün məkana və ya bütün ailə ilə birlikdə rahat şəkildə film izləmək üçün çevrilir. Apple TV, Airplay, Wi-Fi və digər ixtiraların köməyi ilə sərnişin borta qalxaraq evdə olduğu kimi oturub televizora baxa bilər. Eyni zamanda, sərnişin salonunda Honeywell Ovation Select rəqəmsal salon idarəetməsi sistemi mövcuddur..
Digər bir nou-hau - Lineage 1000E, biznes təyyarələrində rast gəlinə biləcək ən böyük duş kabinlərindən birinə sahibdir. Kabin daşla tərtib edilib və tutumu 100 litrdən çox tutumu olan su qızdırıcısı ilə təchiz olunub (qabyuyan maşın üçün ayrıca çəndən istifadə olunur) və avtomatik yuma sisteminə malik olan geniş pəncərələr günəş Işığından həzz almağa imkan verir - çünki, məkanı vizual şəkildə artırmağa imkan verən texnologiyaların əvəzinə, şirkət təbiətin gücündən və çoxsaylı imkanlarından istifadə edir. Yeri gəlmişkən, vanna otağı və gəminin salonları arasında geniş ikiyerli çarpayısı olan yataq otağıl da mövcuddur. Bu, ev şəraiti deyilsə, bəs nədir?