Embraer Executive Jets şirkəti yenilənmiş Phenom 300E təyyarəsini təqdim edib. Biznes-cetin sifarişçilərə çatdırılmasına bu ilin may ayında başlanmalıdır.

Təyyarənin qiyməti 9,65 milyon dollar olacaqdır. Yenilənmiş layner Pratt&Whitney Canada şirkətinin iki yeni turbopərli PW535E1 mühərrikini əldə edib. Hər birinin dartma qüvvəsi 3,478 funt təşkil edən mühərriklər elektron-rəqəmsal idarəetmə sistemi FADEC (Full Authority Digital Engine Control System) ilə təchiz edilib. Xatırladaq ki, Phenom 300E əvvəllər PW535E reaktiv mühərriki ilə təklif edilirdi. Təyyarə uçuş məsafəsi də bir qədər artırılıb: indi o, 3.724 km (1.971 dəniz milinə qarşı 2.010 dəniz mili) qət edə bilər. Cetin sürəti də artaraq 0,80 Maxa bərabər olub. Əvvəlki Phenom 300-də sürət 0.78 Max idi.

Laynerin interyerində Praetor 500/600 modellərindən alınmış bir sıra elementlərdən istifadə edilib. Belə ki, hazırda müştərilərə Bossa Nova salonu təklif olunur. Salonun tərtibartında klassik və müasir materialların birləşməsindən istifadə olunur: ipək və dəridən, daş və karbon lifinə qədər. Bu layner üçün xüsusi olaraq hazırlanmış oturacaqlar tamamilə qatlana bilər, onların başlıqları isə böyüdülmüşdür. Bundan başqa, kresloların dirsəkaltıları irəli çəkilə bilər, naxışlara malik olan zərif örtük vizual olaraq özəl qapalı məkanın yaradılmasına kömək edir.

Rahatlıq bu təyyarənin əsas xüsusiyyətidir: rampalı geniş giriş qapısı və oval formalı gövdədən başlamış sakit salona qədər. Bunlara yanacaq səmərəliliyi və kifayət qədər uzaq uçuş məsafəsini əlavə etmək olar. Füzelajın firma Oval Lite oval kəsiyi müştərilər tərəfindən çox bəyənilir - daha doğrusu, onun baş və çiyinlər səviyyəsində təmin etdiyi əlavə məkan və salonu təbii işıqla dolduran geniş pəncərələri. Tualetdəki illüminator da xüsusi diqqətə layiqdir - çünki o, məkanı vizual olaraq genişləndirir. İlk "üç yüzlərin" sahibləri tərəfindən bəyənilən bütün bu keyfiyyətlər, nəinki Phenom 300E modelində qorunub saxlanılıb, həm də təyyarəni yeni bir səviyyəyə çatdırıblar.

Heyət üçün rahat olan kokpit, təyyarənin bir pilot tərəfindən idarə olunmasına imkan verir. Kokpit Garmin 3000 platformasına əsaslanan Prodigy Touch Flight Deck sensor sistemi ilə təchiz olunmuşdur. Prodigy Touch Flight Deck sayəsində təyyarənin təkmilləşdirilmiş idarəetmə sisteminin interfeysi pilotun uçuş vəziyyətinə nəzarətini artırır. Texnoloji yeniliklərə uçuş-enmə zolağında sürət həddinin aşılmasını xəbərdar edən sistemi, küləyin yerdəyişməsinin proqnozlaşdırılması və qəza enişi rejimi daxildir. Bu sistem, eyni zamanda hava gəmisinin enişə çox dik və ya çox sürətli keçməsi barədə xəbərdarlıq edərək, vəziyyət haqqında məlumat alma səviyyəsini artırır.

Yeni Phenom 300E modeli Gogo Avance L5 sistemi vasitəsilə 4G rabitəsi standartı ilə təchiz olunur. Hal-hazırda istehsalçı 530-dan çox Phenom 300 modelini sifarişlərə çatdırıb ki, onlardan 70-i "E" prefiksinə malikdirlər.