InterBrand konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin illik reytinqini dərc edib. İlk onluqda cəmi üç avtomobil istehsalçısı yer alıb: Toyota (6-cı yer), Mercedes-Benz (7-ci yer) və BMW (10-cu yer). Tesla ilk onluğa daxil ola bilməyib və 12-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, InterBrand agentliyinin bildirdiyinə görə, avtomobil sənayesi ən dinamik inkişaf edən sahələrdən biridir.
Dərc edilmiş statistik məlumatlara görə, Toyota markasının dəyəri il ərzində 8% artaraq 64,5 milyard dollara çatıb. Brend ötən illə müqayisədə bir pillə irəliləyib. Mercedes-Benz şirkətinin dəyəri 9% bahalaşaraq 61,4 milyarda bərabər olub. BMW eyni vaxtda üç pillə yüksələrək ilk dəfə 51,1 milyard dollarlıq dəyərlə 10-cu yeri tutub – bu, keçən illə müqayisədə 10% çoxdur.
Avtomobil seqmentində növbəti yerdə dəyəri 49,9 milyard dollar (+ 4%) olan Tesla şirkəti qərarlaşıb. Onu 27-ci yerdə qərarlaşmış Honda (24,4 milyard dollar, + 6%) təqib edir. 32-ci yerdə Hyundai (20,4 milyard dollar, + 18%), 45-ci yerdə Audi (16,3 milyard dollar, + 9%), 47-ci yerdə Porsche (16,2 milyard dollar, + 20%), 50-ci yerdə isə Volkswagen (15,1 milyard dollar, + 2%) qərarlaşıb.
İlk yüzlüyün ikinci yarısında Ford (51-ci), Nissan (63-cü), Ferrari (70-cir) və Kia (88-ci) yer alıb. Reytinqdə yer alan 100 şirkətdən yalnız 13-ü avtomobil şirkətidir. 2023-cü ilin ən bahalı brendlərinin tam siyahısı InterBrand agentliyinin saytında yerləşdirilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.