Bugatti şirkəti Britaniyanın qədim Asprey zərgərlik evi və onun rəqəmsal studiyası ilə əməkdaşlıq etdiyini açıqlayıb. Zərgərlik evinin ustaları La Voiture Noire hiperkarının miqyaslı surətini hazırlayıblar. Orijinal hiperkar kimi miqyaslı model də yeganə nüsxədə mövcud olacaqdır.

Miqyaslı model 24-karatlıq çəhrayı qızıldan hazırlanıb və Bugatti ilə Asprey şirkətlərinin rəsmi rənglərində olan əllə hazırlanmış altlıqda quraşdırılıb. Miqyaslı model ilə birlikdə rəqəmsal sənət əsəri verilir – bu, QR-kod ilə bağlı olan qarşılıqlı əvəzlənməyən tokendir. Bundan başqa, tərəfdaşlar daha kiçik miqyaslı modelin 261 nüsxədən ibarət olan seriyasını buraxmağı planlaşdırırlar. Onlar sterlinq gümüşündən hazırlanacaq və bağlı NFT-ni alacaqlar.

Kolleksiyanın təqdimatı gələn həftə keçiriləcəkdir. Məmulatların qiyməti açıq mənbələrdə dərc edilməyib. Bugatti şirkətindən alıcıların xüsusi mikrosayt vasitəsi ilə Asprey mütəxəssislərinin onların nüsxələri üzərində çalışmalarına tamaşa edə biləcəklərini də bildiriblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.