Britaniyanın superkar istehsalçısı Aston Martin və Triton Submarines amerikan şirkəti Project Neptune adlı konseptual sualtı aparatı hazırlayıblar.
Bu aparat ən bahalı və eyni zamanda ən yavaş Aston Martindir. Onun maksimal sürəti 6,5 km/saat, qiyməti isə 3,5 milyon dollardır. Project Neptune üç yerli Triton 1650/3 LP submarinasının bazasında yaradılıb.
30 kilovat-saatlıq tutumu olan batareyalarla təchiz edilən submarina 500 metr dərinliyə dalmaq və suyun altında 12 saat keçirmək imkanına malikdir. Submarina həmçinin klimat-kontrol və CO2 qazlarını udan sistem ilə təchiz edilib.
Bir müddət bundan öncə, Aston Martin Niderlandda yerləşən Quintessence Yachts tərsanəsi ilə birlikdə hazırladığı iki sürətli qayığı Monakoda keçririlən yaxta və qayıqların sərgisində təqdim etmişdi.