Çin sertifikatlaşdırma orqanlarının sayəsində Geely markasının yeni böyük krossoverinin üzərindəki sirr pərdəsi götürülüb. Sənaye və Ticarət nazirliyinin açıq bazasında uzunluğu 4,86 metr olan ailə krossoverinin ikinci nəslinin - Geely Haoyue L modelinin şəkilləri və xüsusiyyətləri dərc edilib.
Yeni modelin Tugella modelindən tanış olan 2,0-litrlik turbomühərrik alacağı və onun eksteryerində ciddi dəyişikliklər olmadığı üzə çıxıb. Geely Haoyue L modelinin yerli təqdimatı yaxın iki ay ərzində keçirilməlidir.
Geely Haoyue L modelinin yan tərəfləri yeni krossoverdə "L" prefiksi olmayan orijinal krossoveri biruzə verir, lakin təkər bazasının uzunluğu dəyişdiyi üçün istehsalçı bu modeli ikinci nəsil hesab edir. Artım cüzidir (10 millimetr), lakin o reinjinirinqdən xəbər verir.
2020-ci ilin krossoveri ilə müqayisədə yeni modelin ümumi uzunluq 25 millimetr artaraq 4860 millimetrə çatıb. Krossoverin eni 10 millimetr artıb, hündürlüyü isə 10 millimetr azalıb. Əvvəlki 184 at qüvvəli 1,8T mühərriki 218 at qüvvəli 2,0-litrlik “turbodördlük” əvəz edəcəkdir.
Tansmissiya haqqında heç bir məlumat yoxdur, lakin indiki model həm 7-pilləli "robot", həm də 6-pilləli “avtomat” ilə təklif edilir. Ötürmə - yalnız ön oxadır.
Hazırda Geely Haoyue krossoveri yerli bazarda 106,6 - 142,6 min yuan arasında dəyişən qiymətlərlə satılır. Keçən il 39 000 Haoyue krossoveri öz alıcsınıı tapıb, iki il bundan öncə keçirilmiş yeniləmədən dərhal sonra isə, altı ay ərzində 37 000 krossover satılmışdı. Nəsil dəyişikliyinin satışların artmasına təkan verəcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.