“Autotrader” təsnifatçısı britaniyalı sürücülər arasında qeyri-adi araşdırma aparıb: təsnifatçı eksperiment iştirakçılarına 40 müxtəlif avtomobilin təsvirlərini göstərərək, hansı modelin daha çox diqqəti cəlb etdiyini öyrənmək qərarına gəliblər. Nəticədə məlum olub ki, ən cəlbedici avtomobil, təcrübədə iştirak edənlərin diqqətini ən çox çəkmiş Porsche 911 sporkarıdır. O, eyni zamanda, Lexus LC500 və Ferrari F40 modellərini qabaqlayaraq idman avtomobilləri kateqoriyasında ən cəlbedici avtomobil olub.
İştirakçılara adi avtomobillərin də şəkilləri təqdim edilib: onların arasında ən cəlbedicisi avtoimobil BMW 3 Series modeli olub, ikinci və üçüncü yeri isə, Volvo XC40 və VW Golf modelləri tutublar. Elektrokarlar kateqoriyasında da Porsche modeli qalib gəlib - Taycan sportkarı Tesla Model 3 və MG4 EV elektrokarlarını üstələməyi bacarıb.
Ümumi sıralamaya nəzər salsaq, məsələn, BMW 3-Series (84%) modelinin Lamborghini Urus (83%) krossoverindən daha çox xal topladığını görmək olar, Volkswagen Golf (71%) isə, Lotus Emira (66%) McLaren 720S (65%) modellərini qabaqlayıb. Lider Porsche 911 sportkarının nəticəsi 91% olub. Təcrübə zamanı ən az diqqət çəkənlər Nissan Qashqai (60%) və BMW i8 (64%) modelləri olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.