Consumer Reports qeyri-kommersiya təşkilatı, nisbətən aşağı yürüş məsafəsinin olmasına baxmayaraq, bahalı təmirə ehtiyacı olan etibarsız mühərriklər ilə təchiz olunmuş avtomobillərin siyahısını dərc edib. Siyahı, müxtəlif illərdə ABŞ bazarında satılmış avtomobillərin sahiblərinin rəyləri əsasında tərtib edilmişdir.
Reytinqdə ən problemli mühərrikləri olan 10 avtomobil yer alıb. Mənfi rəylər almış avtomobillərin reytinqində birinci 2009-2010-cu illərdə buraxılmış Audi A4 modeli tutub. Bu modelin sahibləri artıq 170-250 min kilometr məsafə qət etmiş mühərrikin təmirinə pul qoymalı olublar.
İkinci yerdə 6,4-litrlik dizel mühərriki ilə təchiz olunmuş 2008-ci ilin istehsalı olan Ford F-350 pikapı qərarlaşıb.104-191 min kilometr məsafə qət etdikdən sonra mühərrikdə problemlər yaranbı. İlk üçlüyü 2001-ci ilin istehsalı olan Chrysler PT Cruiser modeli tamamlayıb - artıq 164-214 min kilometrdən sonra mühərrikin əsaslı təmirə ehtiyacı yaranırmış. Siyahıdakı digər yerləri Mini Cooper. Chevrolet Equinox/GMC Terrain, Jeep Wrangler, Cadillac SRX, Acura MDX, Buick Lucerne və GMC Acadia modelləri tutublar.
Consumer Reports, sadalanan avtomobillərdə ortaya çıxan problemlərin fərqli xarakter daşıdığını və hər zaman hissələrin köhnəlməsi ilə əlaqəli olmadığını vurğulayır.