Keçən yazda Abarth ilk dəfə olaraq Fiat 600 krossoverinin sürücü versiyasını nümayiş etdirmişdi. O zaman, elektromobilin eksteryeri və interyeri nümayiş etdirilsə də, texniki təfərrüatlar tam ölçülü premyera üçün saxlanılmışdı. Təqdimatın keçən yayda keçirilməsi gözlənilirdi, lakin Abarth brendi 600e modelini yalnız indi nümayiş etdirib. Üstəlik, eyni anda iki versiyada – salamlama Scorpionissima və standart Turismo.
Abarth 600e Scorpionissima
Zahiri cəhətdən hər iki versiya eynidir və onlar mulki Fiat krossoverindən inkişaf etmiş kuzov dəsti ilə fərqlənirlər. Künc-bucaqlı ön və arxa bamperlər krossoverin uzunluğunu 18 millimetr (4189 millimetr) artırıb, hava kanallarının əksəriyyəti sırf dekorativ xarakter daşısa da, ralli ilə assosiasiyalar yaradırlar. Avtomobilin idman xarakterini arxadakı iri diffuzor və karbonplastikdən spoyler vurğulayır.
Abarth 600e Scorpionissima
Ön oxun təkər izi 30 millimetr, arxa oxun təkər izi isə, 25 millimetr genişləndirilib. Turismo baza versiyası üçün parlaq yaşıl Acid çaları da daxil olmaqla, dörd kuzov rəngi hazırlanıb. Məhdud buraxılış Scorpionissima iki rəngdə təklif olunur: yuxarıda qeyd olunan yaşıl və eksklüziv bənövşəyi Hypnotic. “Bərkgedən” krossover xüsusi Michelin Pilot Sport EV şinləri taxılmış 20-düymlük təkər diskləri ilə təchiz edilir.
Abarth 600e Turismo
Abarth 600e Scorpionissima modelinin interyer tərtibatında dəri və alkantaranın kombinasiyasından istifadə olunur. Standart oturacaqlar güclü yan dəstəyi olan Sabelt “çalovları” ilə əvəzləniblər. Dolğun sükan çarxı böyük sıfır mövqeyi işarəsi ilə seçilir. Avadanlıqlar arasında daxili yanma mühərrikinin səsini dinamiklər vasitəsilə sintez edən audio sistemini qeyd etmək olar (bu funksiya söndürülə bilər), 10,25-düymlük ekranı olan media sistemi isə, Abarth qrafikasına malikdir.
Abarth 600e Turismo
Orijinal Fiat modelinin daxili yanma mühərrikli versiyaları olsa da, Abarth 600e yalnız elektrokar ola bilər. Ancaq tam ötürmə yoxdur, hər iki modifikasiya ön oxdakı yeganə elektrik mühərriki ilə kifayətlənir. Salamlama Scorpionissima versiyasında o, 280 at qüvvəsi və 345 Nm hasil edir, bu elektromobili tarixdəki ən güclü Abarth avtomobili edir, baxmayaraq ki, qohum Alfa Romeo Junior Veloce də eyni göstəricilərə malikdir.
Abarth 600e Turismo
100 km/saat sürətlənmə 5,85 saniyə çəkir. Standart Turismo versiyasının güc 240 at qüvvəsinə endirilib, baxmayaraq ki, fırlanma anı eynidir (345 Nm). İlk “yüzlüyə” sürətlənmə 6,24 saniyə çəkir, hər iki modifikasiyanın maksimal sürəti 200 km/saat həddində məhdudlaşdırılıb. Dartma batareyasının tutumu 54 kVt/saat, yürüş məsafəsi isə, qarışıq WLTP dövrəsində isə, 334 kilometrdir.
Abarth 600e Scorpionissima və Turismo
Abarth krossoverlərinin tam hasilatını yalnız ən ekstremal Scorpion Track sürüş rejimində nümayiş etdirə bilərlər- bu rejim stabilləşdirmə sisteminin müvafiq parametrlərinə (təkərlərin yerində fırlanmasına və sürüşməyə imkan verir) malikdir. Orta Scorpion Street preseti gücü (Turismo versiyası üçün 204 at qüvvəsi, Scorpionissima variantı üçün 231 at qüvvəsi) və maksimal sürəti (180 km/saat) məhdudlaşdırır.
Abarth 600e Turismo
Baza Turismo rejimində isə, krossoverlər ümumiyyətlə 150 km/saata qədər sürətlənəcəklər: bu rejimdə onların gücü (müvafiq olaraq 150 və 190 at qüvvəsi) və hətta fırlanma anına (300 Nm) məhdudlaşdırılır. Bununla belə, Abarth 600e gücləndirilmiş köndələn dayaqlılıq stabilizatorları olan hündürlüyü aşağı salınmış və yenidən tənzimlənmiş asqıya malikdir. Bundan əlavə, yüksək sürtünməli Torsen mexaniki differensialı da mövcuddur. Əyləc sistemi də təkmilləşdirilib: öndə dörd porşenli mexanizmlər və Alcon firmasının 380 millimetrlik diskləri quraşdırılıb.
“Bərkgedən” Abarth 600e krossoverlərinin satışına noyabr ayında başlanmalıdır. Lakin avtomobillərə artıq sifarişlər qəbul edilir: məsələn, İngiltərədə Turismo versiyasının qiyməti 37 min funt sterlinqdən (44 400 avro) başlayır. Scorpionissima üçün isə, 42 min funt sterlinq (50 400 avro) ödəmək gərəkdir, lakin Abarth brendinin yarandığı ilin şərəfinə belə avtomobillər cəmi 1949 nüsxədə buraxılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.