Yeni 600e modelinin ən güclü Abarth avtomobili olduğu bildirilir: eyniadlı Fiat modelinin əsasında inşa edilmiş subkompakt krossover gücü 240 at qüvvəsinə yüksəldilmiş elektrik mühərrikini alıb.

O, orijinal Fiat krossoverindən aqressiv idman kuzov dəsti, 20-düymlük orijinal təkər diskləri və Formula E çempionatında iştirak edən yarış bolidlərindəki kimi poliuretandan əlavələri olan şinləri ilə fərqlənir.

Abarth 600e

Hələlik yenilik yalnız yeganə rəsmi şəkildə nümayiş etdirilib və dərc olunmuş təsvirdə elektromobil yarış trekində hərəkət edir. Bu, Scorpionissima (latınca “əqrəb” deməkdir) adlı salamlama nəşridir, o, kuzovun eksklüziv Hypnotic Purple rəngi və 1949 nüsxəlik tirajı ilə seçilir.

600e modeli Abarth markasının ikinci elektrik modelidir: birinci elektrokar 155 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmiş 500e modelidir. Abarth 600e krossoveri daha güclüdür: adi Fiat 600e modelinin elektrik mühərrikinin gücü 156-dən 240 at qüvvəsinə qədər artırılıb.

Abarth 1000 SP

Abarth brendinin arsenalında artıq belə bir gücə malik olan avtomobil olub - 1000 SP. O, üzü dəyişdirilmiş Alfa Romeo 4C Spider modeli idi. Lakin spayder cəmi beş nüsxəlik tirajla buraxılıb, ona görə də, qanuni olaraq, 600e krossoverini italyan markasının tarixdəki kütləvi istehsal edilən ən güclü Abarth adlandırmaq mümkündür.

Abarth 600e krossoverinin dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb. Onun qiyməti barədə də məlumat yoxdur, lakin ilkin hesablamalara görə, ən güclü Abarth krossoverinin qiyməti 42,5 min avrodan başlayan orijinal Fiat 600e modelinin top versiyasından 3 - 5 min avro baha ola bilər.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.