BMW 1 Series hetçbekinin tamölçülü M versiyası olmayacaq. Hetçbekin ən güclü variantı hibrid güc qurğusuna malik olan M140e modeli olacaqdır. Bu modifikasiya giriş kollektoruna suyun çilənməsi sistemi ilə təchiz olunacaq və elektrik ötrüməsi ilə 110 km qət edəcəkdir.
Automobile Magazine dərgisinin bildirdiyinə görə, M Performance ailəsinə daxil olacaq «qaynar» hetçbek gələn il debüt etməlidir. M140e modelinin hibrid qurğusunun tərkibinə 2,0-litrlik benzin turbomühərriki və 60 kilovatlıq elektrik mühərriki daxil olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 400 at qüvvəsi və 500 Nm fırlanma anı təşkil edəcəkdir.
BMW M135i M Performance Parts
Hibrid 35 kilovat-saatlıq batareyaya, həmçinin M4 GTS modelində olduğu kimi, giriş kollektoruna suyun çilənməsi sisteminə malik olacaqdır. Sonuncu sistem yanma kamerasında temperaturu azaldaraq üfürmənin təzyiqini və gücü artırmağa imkan verir. İlkin məlumata görə, BMW M140e eıeltrik ötrüməsi ilə 80-110 km arasında məsafə qət edəcəkdir.