Hyundai Elantra modeli hələ heç vaxt bu qədər “acıqlı” olmamışdı. 204 at qüvvəli mühərriki ilə təchiz edilmiş N Line modifikasiyası artıq ən güclü Elantra sedanı deyil - artıq modifikasiya çeşidinin zirvəsində N bölməsinin ilk sedanı olan “bərkgedən” Elantra N modeli qərarlaşıb. Cənubi Koreyada bu model Hyundai Avante N adı ilə satılacaqdır.

Texniki cəhətdən "bərkgedən" sedan i30 N və Kona N modellərini təkrarlayır. Elantra N sedanı 280 at qüvvəsi və 392 Nm fırlanma anına malik olan eyni 2,0-litrlik turbomühərriklə təchiz edilir. Lakin bu turbomühərrik diametri 5 millimetr (52 millimetə qədər) artırılmış turbin təkərinə malikdir. Səsboğucu sistem isə, onun səs yüksəkliyini dəyişdirməyə imkan verən elektron klapan ilə təchiz olunub.

İstehsalçı iki ötürmələr qutusundan birini seçməyi təklif edir. Altı pilləli mexaniki transmissiya, aşağı pilləyə keçərkən, dirsəkli valın dövrələrini avtomatik olaraq artıraraq dartınmaların qarşısını alan sistem ilə təchiz edilir. Bu elektron əlavəni sükan üzərindəki iri RPM düyməsi ilə aktivləşdirmək olar.

Səkkiz pilləli N DCT "robotu" sükanaltı dəstəklərə və üç iş rejiminə malikdir: standart N Power Shift, trek üçün N Track Sense Shift və ən ekstremal N Grin Shift. Sonuncu rejim sükan üzərindəki qırmızı NGS düyməsi  ilə 20 saniyədən çox olmamaq şərti ilə aktivləşdirilir və ötürmələri təxirəsalmadan və maksimal dərəcədə yeyin dəyişdirməyə imkan verir. Üstəlik, bu zaman mühərrikin gücü 290 at qüvvəsinə qədər artır.

Hyundai Elantra N modeli elektronika tərəfindən idarə edilən özükilidlənən differensiala sahib olan ön ötürməyə malikdir. Aparıcı vallar təkər topu və podşipniklər ilə birlikdə yığılmışdır ki, bu da çəkiyə 1,7 kiloqram qənaət etməyə imkan verib. İkipedallı versiyalarda, yerindən maksimal effektiv start təmin etmək üçün, Launch Control funksiyası quraşdırılır: bu sistem ilə “bərkgedən sedanın 100 km/saat həddinə sürətlənməsinə 5,3 saniyə tələb olunur. Xatırladaq ki, i30 N hetçbeki bu işə 5,9, Kona N krossoveri isə 5,5 saniyə sərf edir.

Müstəqil arxa asqılı şassi yenidən tənzimlənib, klirens azaldılıb və Michelin Pilot Sport 4S şinləri olan 19-düymlük disklər quraşdırılıb. Kuzov nöqtələr üzrə gücləndirilib, lakin ən gözlənilməz element arxa divanın arxasındakı boşluqdakı gücləndirici çubuqlardır. Üstəlik, arxa oturacaq bütövdur, baxmayaraq ki, adi Elantra modelində iki hissəyə bölünür. Ön əyləclər 360 millimetrlik disklərə, R-MDPS sükan mexanizmi isə reykadakı elektrik gücləndiricisinə malikdir.

Zahiri cəhətdən Hyundai Elantra N modeli digər sedanlardan aqressiv kuzov dəsti, genişləndirilmiş ön hava girişləri, baqaj qapağındakı antiqanad və arxa bamperdəki diffuzoru ilə fərqlənir. Salonda hərəkət rejimlərini dəyişdirmək üçün iri düymələri olan N-sükan çarxını, metal örtməli pedalları və xüsusi qrafikası olan virtual cihazlar panelini görmək mümkündür.

Baza ön oturacaqları artırılmış yan dəstəyə, elektrik ötürməsinə və havalandırmaya malikdirlər. Ancaq əlavə ödəniş qarşılığında 10 millimetr aşağıda quraşdırılmış və kürək hissəsi standart oturacaqlardan 50 millimetr daha nazik olan yüngül N idman kreslolarını sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Standart N Sound Equalizer sistemi,  səs sistemdən istifadə edərək mühərrikin salona ötürülən səsini gücləndirməklə yanaşı, onu "emal" etməyə də imkanı verir. Məsələn, TCR seriyasında yarışan Elantra bolidinin səsini təqlid etmək üçün. Eyni zamanda, mediasistemin menyusuna telematriyanın məlumatlarına və dövrəni qət etmə vaxtına baxmağa imkan verən N-bölməsi əlavə edilib.

Hyundai şirkəti, Cənubi Koreyada, yarış treklərindəki dövrələrin statistikasını toplamağa və nəticələri müqayisə etməyə imkan verən Hyundai N mobil tətbiqini (yalnız Elantra N modelində deyil, digər N modelləri üçün də əlçatandır) təklif edir.

Məlum məsələdir ki, “bərkgedən” Hyundai Avante N sedanının satıldığı ilk ölkə Cənubi Koreyadır. Burada “bərkgedən” sedan  28.400 dollardan başlayan qiymətlərlə təklif olunur. Tezliklə Elantra N sedanı Şimali Amerikada və adi Elantra modelinin populyar olduğu dünyanın digər bölgələrində debüt edəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.