Porsche 718 ailəsində artım gözlənilir: gələn ay bu ailənin ən ekstremal üzvü olan Porsche 718 Cayman GT4 RS sportkarı debüt etməlidir. Bu sportkar RS indeksinə sahib olan ilk ortamühərrikli Porsche modelidir və artıq mövcud olan Cayman GT4 modelindən artırılmış gücü, azaldılmış çəkisi və inkişaf etmiş aerodinamik kuzov dəsti (yerəbasma gücünü artırmaq üçün) ilə seçiləcəkdir.
Xatırladaq ki, adi Porsche 718 Cayman GT4 modeli 420 at qüvvəsli 4,0-litrlik altısilindrli atmosfer mühərriki ilə hərəkətə gəlir. İlkin olaraq, sportkar mexaniki transmissiya ilə təklif edilsə də, sonradan onun avadanlıq siyahısında PDK “robotu” da peyda olub. Porsche şirkəti RS-versiyasnın xarakteristikalarını dərc etməsə də, yeni sportkarın robotlaşdırılmış ötürmələr qutusuna və gücü artırılmış (ən azı 500 at qüvvəsi) mühərrikə sahib olacağı məlumdur. Bununla belə, gələcək Cayman GT4 RS modelinin nəyə qadir olduğu artıq məlumdur – yeni sportkarın Nürburqrinqdə əldə etdiyi nəticə dərc olunub.
Zaçot dövrəsi üçün praktiki olaraq seriya avtomobili götürülüb: sportkarın təchiz olunduğu Michelin Pilot Sport Cup 2 R şinləri firma opsiyası kimi təklif ediləcəkdir. Yeganə qeyri-standart yenilik, avtomobilin çəkisinə təsir göstərməyən yarış kreslolarıdır. Zavod pilotu Yorq Berqmaysterin idarə etdiyi sportkar 20,832 kilometrlik dövrəni 7 dəqiqə 9,300 saniyəyə başa vurub. “Köhnə” 20,6 kilometrlik dövrədəki zaman 7 dəqiqə 4,511 saniyədir ki, bu da baza Cayman GT4 modelinin nəticəsindən 23,6 saniyə azdır.
Üç il bundan öncə, 20,6 kilometrlik trekdə eyni nəticəni daha güclü Mercedes-AMG GT Pro (585 at qüvvəsi) superkarı qeydə alıb. Nürburqrinqin rekordu isə, “köhnə” dairədə 6 dəqiqə 38,34 saniyəlik nəticəni göstərmiş Porsche 911 GT2 RS modelinə məxsusdur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.