Volkswagen şirkəti məhdud saylı tirajla buraxılacaq Golf R 333 hetçbekini təqdim edib. Avtomobilin adındakı rəqəmlər tiraja və mühərrikin gücünə işarə edir. “Bərkgedən” hetçbekin mühərriki Golf R Performance modelindən götürülüb: o, 333 at qüvvəsi hasil edir və istənilən sürətdə güclü sürətlənməni təmin edəcək şəkildə köklənib. Almaniyada Golf R 333 modelinin satış qiyməti 76 min avrodan başlayır ki, bu da adi Golf R Performance modeli üçün tələb olunandaan təxminən 20 min avro çoxdur.

Texniki cəhətdən Vokswagen Golf R 333 Limited Edition modeli Almaniyada qiyməti 58 min avrodan başlayan Golf R Performance hetçbeki ilə eynidir. O, 333 at qüvvəsi və 420 Nm hasil edən eyni 2.0 TSI EA888 (Evo4) turbomühərrik, yeddi pilləli DSG “robotu”, dartma vektoruna nəzarət edən 4Motion tam ötürməsi, Drift və Special hərəkət rejimləri, titandan hazırlanmış Akrapovič buraxılış sistemi, həmçinin 270 km/saata qədər çəkilmiş sürət məhdudlaşdırıcısı ilə təchiz olunur.

Golf R 333 modelində olan mühərrik hətta qismən yükləndikdə belə turbokompressorun sabit dövrələrini saxlayır və əgər qaz pedalı sürətlə buraxılarsa belə, drossel çəpərciyi açıq qalır. Bunun nəticəsində reaksiyalar kəskinləşir, sürətlənmə daha emosional və güclü olur. Pasporta əsasən, Golf R 333 hetçbekinin ilk “yüzlüyə” sürətlənməsi 4,6 saniyə çəkir - Golf R Performance və Golf R 20 Years modellərinin 100 km/saata sürətlənməsi üçün də eyni vaxt tələb olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin avtomobilin rəng sxemi unikaldır - kuzovun yeni Lime Yellow “metallik” rəngi qara dam örtüyü və “333” rəqəmi olan stikerlər ilə birləşdirilib. Standart olaraq hot-hetç yarısliklər taxılmış 19-düymlük Estoril təkər diskləri, IQ.Light matrisa fənərləri, 480 vatt gücündə Harman Kardon audiosistemi və Travel Assist yarımavtopilotu da daxil olmaqla IQ.Drive yardımçı elektron sistemlərin tam dəsti ilə təchiz olunub. Golf R 333 modelinin tirajı 333 nüsxədən ibarət olacaqdır. Onun Almaniyadakı satış  qiyməti 76.410 avrodan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.