Volkswagen “bərkgedən” Golf R 20 Years hetçbekini təqdim edib. O, “R” hərfi olan ilk modelin - Golf R32 modelinin 20 illik yubileyi şərəfinə buraxılıb. Bu hetçbek Golf modelinin tarixindəki ən güclü avtomobildir. Onun 2,0-litrlik turbomühərriki 333 at qüvvəsi hasil edir ki, bu da adi Golf R modelində olduğundan 13 at qüvvəsi çoxdur. Hetçbek R Performance paketinə, transmissiyanın yenilənmiş idarəetmə proqramına sahib olub. Hetçbekin salonu ilk dəfə olaraq karbon lifli ilə tərtib edilir.
Golf hetçbekinin yubiley versiyasını artıq onun tarixindəki ən güclü model adlandırırlar - lakin burada bir qədər dəqiqləşdirmə aparmaq lazımdır. Söhbət buraxılış məhdudiyyəti olmayan seriya avtomobillərindən gedir.
Bildiyiniz kimi, “yeddinci” Golf hetçbeki 360 at qüvvəsi və 460 Nm hasil edən mühərriklə təchiz edilmiş məhdud saylı R360S versiyasına da malik olub, 2007-ci ilin Golf GTI W12 konsepti isə, ümumiyyətlə, 650 at qüvvəsi ilə öyünə bilərdi.
Golf R 20 Years modelinin standart təchizatına R Performance paketi daxildir. Bu paket böyüdülmüş arxa spoylerin, 270 km/saat həddinə qədər çəkilmiş elektron sürət məhdudlaşdırıcısının və iki əlavə idarəetmə profilinin quraşdırılmasını nəzərdə tutur.
Drift rejimi yarış trekində “bucaqlar çəkməyə” imkan verir, Special rejimi isə hetçbekin sistemlərini Nürburqrinqin “Şimal ilgəyi” üçün optimallaşdırır. Golf R 20 Years modelinin dinamikası bir qədər yaxşıdır, lakin dəqiq rəqəmlər səsləndirilməyib. Xtırladaq ki, adi Golf R modeli ilk “yüzlüyə” sürətlənməyə 4,7 saniyə sərf edir.
Bundan əlavə, Golf R 20 Years modeli transmissiyanın böyüdülmüş sükanaltı “ləçəklərini” və startda mühərriki 2500 dövr/dəqiqəyə qədər fırladan Emotional Start funksiyasını, onun 7-pilləli DSG “robotu” isə, yeni idarəetmə proqramını əldə edib.
İndi Sport və Sport+ rejimlərində ötürmələr qutusu yuxarı pillələrə nəzərəçarpan təkanlarla keçir. Nəhayət, Golf R 20 Years hetçbekinin turbomühərriki hətta qismən yüklənmədə belə sabit sürətlə işləmək üçün konfiqurasiya edilib ki, bu da kikdaun zamanı reaskiya müddətini azaldır.