BASF Coatings şirkətinin ekspertləri Avropa ölkələrində populyar olan avtomobil rənglərini müəyyən etmişdirlər. 2016-cı ilin nəticələrinə görə, alıcıların böyük hissəsi aö rəngə üstünlük vermişdirlər.
Ağ rəngi seçmiş alıcıların xüsusi çəkisi 29 faiz təşkil etmişdir. Keçən il satılan avtomobillərin 78 faizi klassik palitradan olan rənglərə boyanmişdirlar. Bunlar ağ, qara, boz və gümüşü çalarlardır. Bununla belə, boz rəngə olan tələbat 12 faizə düşmüşdür. Halbuki, 2015-ci ildə bu rəqəm 16% təşkil edirdi.
Ən az tələb olunan rənglər açıq-qəhvəyi, yaşıl, narıncı, qızılı, bənövşəyi və sarı çalarlar olmuşdurlar. Mütəxəssislər həmçinin rəng seçiminin seqmentdən asılı olaraq dəyişdiyini də müəyyən etmişdirlər. Avropada populyar olan kompakt seqmentdəki avtomobillər ümumi tendensiyanı təkrar edir: ən çox alınan avtomobillər ağ (26%), qara (19 faiz) və boz (12%) rəngdə olmuşdurlar. Göy avtomobillər 10%, qırmızı 9%, Tünd-qəhvəyi avtomobillər isə 3% təşkil etmişdirlər.
Krossoverlər və idman modelləri üçün ən populyar rəng boz rəng olmuşdur.Lyuks seqmentdən olan avtomobilləri adətən qara rəngdə sifariş etmişdirlər.