Amerikan J.D. Power analitik agentliyi maraqlı bir araşdırma aparıb. Agentlik avtomobil sahiblərinin dünya brendlərinə olan loyallıq səviyyəsini qiymətləndirib. Araşdırma, köhnə avtomobillərin satışı zamanı yeni avtomobillərin alınması ilə bağlı olan məlumat bazasına əsaslanır. Beş bazar seqmentinin ikisində Yaponiyanın Toyota şirkəti loyallıq üzrə lider olub. Ancaq əksər hallarda Ford avomobillərinin sahibləri bir modeli digərinə dəyişdirirlər. Bununla yanaşı, ekspertlər elektromobil istehsalçılarının avtomobil sahiblərinin loyallıq səviyyəsini kökündən dəyişdirə biləcəyini hesab edirlər.

Premium seqmentdə Porsche markası ən sadiq avtomobil sahiblərinə malikdir. Onların 57,4 faizi avtomobillərini brendin digər modellərinə dəyişdirirlər. İkinci yerdə, 3,1 faizlik göstərici ilə Cənubi Koreyanın Genesis markası qərarlaşıb. Dəbdəbəli krossoverlər kateqoriyasında BMW və Lexus sahiblərinin müvafiq olaraq 58,6 və 56,4 faizi öz avtomobillərini eyni markadan olan modellərə dəyişdirərək ən böyük loyallığı nümayiş etdiriblər.

Minik avtomobilləri və ofrouder sahibləri arasında Toyota sahibləri öz sədaqətləri ilə seçilirlər. Onları Kia və Subaru avtomobillərinin sahibləri təqib edir. Eyni zamanda, ekspertlər ən yüksək loyallıq dərəcəsini pikap seqmentində qeydə alıblar: Ford pikaplarının sahiblərinin 63,8 faizi yenidən bu markanın modellərinə keçirlər. Bundan əlavə, Toyota pikaplarının sahiblərinin 58,7 faizi də eyni markadan olan pikapların xeyrinə seçim edirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.