Kiçik Hongguang Mini elektrokarı Wuling şirkəti tərəfindən buraxılır və Çindəki ən populyar “batareyalı” avtomobili hesab olunur. Keçən il çinlilər 395.451 ədəd belə sitikar alıblar ki, bu da 2020-ci ildəkindən iki dəfə çoxdur. Bestseller başqa bir yerli modeli - BYD Qin modelini qabaqlayıb, Tesla Model Y krossoveri isə üçüncü yeri tutub. Modelə olan marağı dəstəkləmək üçün Wuling şirkəti elektrokarın GameBoy Edition adlı xüsusi geymer versiyasını təqdim edib.

Hongguang Mini GameBoy Edition versiyası dörd tematik variantda debüt edib - Hurricane Phantom, Jungle Traveler, Interstaller Roaming və Party Sweetheart. Onların hər biri kuzov rəngi, eksteryerin xüsusi dekoru, təkər disklərinin dizaynı və salon tərtibatı ilə fərqlənir. Əlavə olaraq, belə versiyalar nazik zolaq ilə birləşdirilmiş, habelə LED gündüz hərəkət işıqları olan yeni ön fənərlər ilə təchiz edilirlər.

Hər bir təchizatın özünəməxsus mövzusu var. Belə ki, Hurricane Phantom hərbi mövzuda olan video oyunlara həsr edilib və qırmızı haşiyələri olan qara rəngə boyanıb. Interstellar Roaming kiberpankdan və elmi-fantastik oyunlardan ilham alınaraq yaradılıb, ona görə də, parlaq futuristik tərtibatı alıb. Yaşıl Jungle Crossing macəralı oyunlara, qəhvə və xaki rəngindəki Party Sweetheart isə silmulyatorlara həsr edilib.

Xüsusi seriyadan olan avtomobillərin ölçüləri standart modellər ilə müqayisədə dəyişib. GameBoy Edition 80 millimetr (2997 millimetr) uzun, 17 millimetr alçaq (1604 millimetr) olub. Lakin ən vacib yenilik gücü 27 at qüvvəsindən 41 at qüvvəsinə qədər artırılmış elektromotordur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

KİV-lərin məlumatlarına görə, xüsusi versiyanın yürüş ehtiyatı da artırılacaqdır: elektrokar, Çin CLTC dövrü ilə 280 kilometr məsafə qət etməyə imkan verən 26,5 kilovat-saatlıq batareyanı alacaqdır. Standart sitikar 120-170 kilometr arasında məsafə qət edir. Xüsusi versiyanın qiyməti elan edilməyib, adi elektrokarın baza versiyası üçün 28.800 yuan (7.750 manat) tələb olunur.  

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.