Artıq məlum olduğu kimi, Aston Martin şirkəti ilk elektrik avtomobili olacaq RapidE modelinin üzərində çalışmalara start verib. Lakin, şirkətin Baş Direktoru Əndi Palmer daha geniş çeşiddə elektrikləşdirilmiş modellərin buraxılacağını bildirib.
"Financial Times" qəzetinə müsahibəsində, Palmer bildirib ki, şirkət "2020-ci ilin ortalarına 100 faiz hibrid" olacaq. Şirkətin rəhbəri hesab edir ki, 2030-cu ilə Aston Martin markasının satışlaının təxminən 25 faizini elektriklə hərəkətə gələn avtomobillər təşkil edəcək.
Doğrudur, bu bir qədər radikal dəyişiklik olardı. Lakin, istehsalçı hələlik ənənəvi daxili yanacaq mühərrikləri ilə vidalaşmağa hazır deyil. Tədqiqatlar benzin mühərriklərinın pərəstişkarlarının rahat nəfəs ala bilərcəyini göstərir. Elektromobillərə gəldikdə isə, Palmer bildirib ki, Aston Martin şirkəti Daimler kimi texniki tərəfdaş axtarmaq əvəzinə, bu sahədəki mühərrik texnologiyalarını müstəqil şəkildə inkişaf etdirəcəkdir. O, elektrik mühərriklərinin şirkətin V12 mühərrikləri kimi "əsas texnologiya" olduğunu hesab edir.
Maraqlıdır ki, məlumatda 2020-ci ildə işıq üzü görəcək orta mühərrikli superkarının V6 mühərriki ilə təchiz ediləcəyi bildirilib. Bu mühərrik barədə məlumat olmasa da, onun tamamilə yeni bloka sahib olacağı ehtimal edilir. Bildiyimiz kimi hazırda istehsalçı, müştərilərinə yalnız V8 və V12 mühərriklərini təklif edir.