Enovate Motors şirkət 2018-ci ildə ilk modelini - Enovate ME7 elektrik krossoverinin təqdim etməklə özünü tanıdıb. Satışları isə bir il sonra başlayıb. Ancaq ikinci model üçün şirkət yeni marka icad etmək qərarına gəlib: Enoreve ME5 kossoveri ilə tanış olun. Şirkət ad dəyişikliyinin səbəbləri barədə məlumat verməyib, çünki çinli alıcılar üçün demək olar ki, heç nə dəyişməyib: Çin dilində markanın adı (天际, "tienti" oxuyur) eyni qalıb.

Bununla birlikdə, iki model arasındakı əlaqə heç bir şübhə doğura bilməz. Enovate ME7 və Enoreve ME5 modelləri əvvəllər Porsche və Chery şirkətlərində işləyən baş dizayner Hakan Sarakoğlu tərəfindən yaradılmış yeni korporativ üslubunda hazırlanıblar. İki avtomobil oxşar nisbətlərə malikdir, lakin ME5 daha yığcamdır: modelin uzunluğu 4580 mllimetr, eni - 1915 millimetr, hündürlüyü isə 1635 millimetrdir. Təkər bazasının genişliyi 2750 millimetrdir.

Avtomobillər müstəqil arxa asqılı unifikasiya edilmiş platforma üzərində qurulub, üstəlik şassinin idman tənzimləmələri olduğu bildirilir. Buna misal kimi, top versiyada quraşdırılan Michelin Pilot Sport 4 SUV şinləri taxılmış 21-düymlük disklərini göstərmək olar. Daha sadə variantlarda 18 və ya 20 düymlük diskləri quraşdırılır.

Ancaq iki krossoverin interyeri müxtəlif yollarla hazırlanıb. ME7 krossoverinin ön panelində üç ekran varsa (və arxa sərnişinlər üçün daha ikisi), ME5 modeli ən son Mercedes-Benz modellərini təqlid edir: bu model cihazlar panelinin 10.25-düymlük günlüksüz ekranına və mərkəzi konsol boyu uzanan multimedia sisteminin 14,8-düymlük şaquli planşetinə malikdir. Media sistemi səslə idarəetməyə və hava üzərindən yenilənmə funksiyasına malikdir. Standart təchizata sahəsi iki kvadrat metrdən çox olan şüşə dam örtüyü daxildir.

Ancaq iki krossover arasındakı əsas fərq güc aqreqatındadır. ME7 sırf elektrokardırsa, ME5 ardıcıl hibriddir. Təkərləri 204 at qüvvəli elektrik mühərriki hərəkətə gətirir, lakin dartma batareyasının tutumu 30,6 kilovat-saatdır və bu tutum yalnız 155 kilometrlik məsafə qət etməyə kifayət edir. Bununla yanaşı, kapotun altında generator rejimində işləyən 89 at qüvvəli 1,5-litrlik benzin mühərriki quraşdırılıb. Bu səbəbdən də, tam doldurulmuş batareya və dolu çən ilə maksimum yürüş ehtiyatı köhnəlmiş NEDC dövrünə əsasən 1012 kilometrdir.

ME5 hibridi şirkətin Çanşadakı zavodunda istehsal olunan ilk modeldir, ME7 isə, müqavilə əsasında Soueast şrkətinin Şaosindəki zavodunda buraxılır. Enoreve ME5 krossoverlərinin Çin bazarındakı satışlarına avqust ayında başlayacaqdır. Modelin satış qiymətləri 23 ilə 25 min dollar arasındadır. Növbə 800-voltluq elektrik sistemi ilə təchiz edilən Enovate ME-S konsepti şəklindən nümayiş etdirilmiş modelindir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.