Hər kəs ərəb milyarderlərinin yığdıqları avtomobil kolleksiyaları barədə eşidib. Lakin, bu kolleksiya bütün mövcud olan kolleksiyaları üstələyir. Deyilənıə görə, bu kolleksiyada olan avtomobilləri saymaqdansa, olmayanları saymaq daha asandır. Məşhur «avtoş» Ken Blokun komandası bu nadir kolleksiyanı bizim üçün lentə alıblar.
Bu kolleksiyada 30 il ərzində yığılan unikal superkarlar toplaşıb. Məlum məsələdir ki, kolleksiyada çoxsaylı Ferrari, Bugatti, Lamborghini və Porsche modelləri var. Məsələn, Ferrari F40, F50, Enzo və LaFerrari, Porsche 911 GT1, Carrera GT və 918 Spyder, Lamborghini Aventador və Veneno, Mercedes-Benz GLK-GTR, Maserati MC12, Bugatti EB110 və Chiron, Jaguar XJ220 və Vector W8 kimi müasir avtomobillər bu kolleksiyada mövcuddurlar. Klassik avtomobillərə gəldikdə, burada 1886-cı ilik Benz Motorwagen modelinin replikasını və Mercedes 300 SL Gullwing görmək olar.
Qeyd etmək lazımdır ki, bu avtomobillərin yürüşləri də azdır. Adətən şeyx bir yerə getmək üçün gündəlik avtomobillərdən istifadə edir. Onların arasında isə, Ferrari F40 və səhrada istifadə üçün nəzərdə tutulmuş çoxsaylı Toyota Land Cruiser və Land Rover Defender modelləridir.