Road&Track nəşrinin verdiyi məlumatda, Devel startapının Dubayda keçiriləcək avtosalonda 5000 at qüvvəsinə malik olan Sixteen adlı hiperkarı nümayiş etdirəcəyi bildirilir.
Devel Sixteen hiperkarı dörd turbinaya malik olan 12,3-litrlik V16 mühərriki ilə təchiz edilir ki, bu aqreqat da 5000 at qüvvəsi və 4771 Nm fırlanma anı hasil edir. Güc aqreqatının inşası, turbokompressorlar, həmçinin dreqsterlər, hot-rod və trofi-traklar üçün mühərriklər hazırlayan Steve Morris Engines şirkətinə həvalə edilibdir. Devel nümayəndələri avtomobilin maksimal sürətinin 500 km/saatın üzərində olduğunu bildiriblər. Sixteen hiperkarına 100 km/saat həddini toplamağa isə, 1,8 saniyə tələb olunur.
Hiperkarın əsasını karbondan hazırlanan monokok və alüminium rama təşkil edir. İstehsalçı şassi haqqında əlavə məlumat verməyib.
Avtomobilin kuzov panelləri, məlum məsələdir ki, karbondan hazırlanıb. Hiperkarın təchizatına mühərrikin gücünü 1200, 2500 və 5000 at qüvvəsi səviyyələrində məhdudlaşdıran üç rejimli elektron blok, amortizatorların sərtliyini və avtomobilin klirensini dəyişdirən sistem daxil edilib.
Devel şirkəti hiperkarın hazırlanmasına italyan Manifattura Automobili Torino şirkəti də cəlb edib. Bu şirkət SCG 003 və bir müddət bundan öncə təqdim olunan Aloppo Intensa Emozione modellərinin inşasında da iştirak edib.
Xatırladaq ki, ərəblərin ilk istehsal etdiyi superkar Lykan Hypersport modeli olub. 3,4 milyon dollara satılan avtomobil, RUF firmasının istehsalı olan 760 at qüvvəsi və 960 Nm fırlanma anı hasil edən 3,7-litrlik iki turbinalı oppozit mühərriki ilə təchiz edilri.