McLaren komandasının yarış direktoru Erik Bulye yeni mövsümdə üç mühərrikin istifadəsini nəzərdə tutan reqlamentin tətbiq edilməsinin Formula 1 seriyasının mahiyyətinə zidd olduğunu bildirib.

«Bu ağlasığmazdır, - Autosport nəşrinə müsahibə verən Bulye bildirib. - Bu qədəri də izafidir. Bu artıq Formula 1 deyildir. Mən demirəm ki, bizə 20 il öncə olduğu kimi həftədə 12 mühərrik gərəkdir. Mövsümdə üç mühərrik haqqında danışırıqsa, bunun texnoloji cəlbediciliyi haradadır? Bundan başqa, xərclər də artmağa başlayıb. Əgər biz bundan sonra da mühərriklərin sayını ixtisar edəcəyiksə, o zaman istehsalçılar onları etibarlı etmək üçün külli miqdarda pul xərcləməli olacaqdırlar».