Porsche şirkəti 911 ailəsinin yeni üzvünü təqdim edib. Bu, T (Touring sözündən götürülmüş) indeksini alan sportkardır. Xatırladaq ki, T indeksi ilə 1968-1973-cü illərdə buraxılan ən ucuz Porsche 911 modellərini işərələyirdilər.
Belə sportkarlar gücü azaldılmış mühərrikə, dörd pilləli ötürmələr qutusuna və zəif təchizat səviyyəsinə malik olublar. Yeni Porsche 911 Carrera T modeli bu fəlsəfə uyğun yaradılsa da, onun əsaslarına o qədər də uyğun gəlmir. Yeni modifikasiyanın əsasını 370 at qüvvəli 3,0-litrlik turbomühərrik ilə təchiz edilən arxa çəkişli standart Carrera modeli təşkil edir. Avtomobilin təchizatından multimedia sistemi, sükan çarxındakı düymələr, və arxa oturacaqlar çıxardılıbdır. Bundan başqa, arxa şüşələr daha nazikləri ilə əvəz edilmiş və səs izolyasiyasının bir hissəsi çıxarılmışdır. Daxili qapı dəstəkləri parça kəmədlər, mərkəzi konsoldakı düymələrin yarısı isə tıxaclar ilə əvəzlənibdir.
Sadələşdirmələr bununla bitmiş sayılır. Qalan yeniliklər isə, avtomobili daha idman xarakterli etməyə yönəldilibdirlər.
Porsche 911 Carrera T modeli standart olaraq PASM adaptiv asqı sistemi, özüqapanan differensial, 20-düymlük təkər diskəri və çıxış boruları arxa bamperin mərkəzində yerləşən buraxılış sistemi ilə təchiz edilir. Əlavə ödənişlə tam idarələnən şassini də sifariş etmək mümkündür.
Porsche 911 Carrera T adi sportkarlardan ön slitterin forması və mühərrik qapağının üzərindəki barmaqlıqla seçilir. Avtomobilin salonunda mexaniki ötürmələr qutusunun qısaldılmış dəstəyini, xüsusi Sport-Tex parçası ilə üzlənmiş oturacaqları görmək olar. Əlbəttə ki, avtomobilin sahibi yarış oturacaqlarını sifariş etmək imkanına da malikdir.
Standart Carrera modelindən 20 kiloqram yüngül olan, həmçinin qısaldılmış baş ötürmə ilə təchiz edilən Carrera T 100 km/saat həddini 4,5 saniyəyə toplayır. Onun maksimal sürəti isə 290 km/saatdır. Porsche 911 Carrera T modeli xəyal etdiyiniz qədər də ucuz deyildir - onun Almaniyadakı satış qiyməti 107553 avrodan başlayır. Xatırladaq ki, adi Carrera modelinin başlanğıc qiyməti 97914 avrodur.