Keçən həftə DTM komandaları Eştorildəli avtodromda yenilənmiş DTM avtomobillərinin testlərini keçiriblər. Pilotların bildirdiyinə görə, avtomobillər nəinki zahidi cəhətdən yeniləniblər, onlar hətta əvvəlkindən daha yeyin olublar.

Audi və BMW  komandaları 11-14 noyabr tarixlərində keçirilən testlərdə ümumilikdə beş pilotla iştirak ediblər. Audi komandasını Niko Müller, Rene Rast və Mayk Rokenfeller,  BMW komandasını isə Bruni Spenqler və Vittmann təmsil ediblər.  

Audi RS 5 DTM

Yeni texniki reqlamentə əsasən, gələn mövsümdən komandalar 2,0-litrlik dörd silindrli turbomotorlardan istifadə edəcəkdirlər. Yeni turbomotorlar əvvəlki atmosfer V8 mühərriklərindən 100 at qüvvəsi güclüdür. Eyni zamanda, reqlament dəyişikliyi aerodinamikanın sadələşməsinə səbəb olub - avtomobillərin arxa qanadı, altlığı və diffuzoru dəyişib. Avtomobilin öh hissəsi isə, yeni turbomühərrikə və onun soyutma sisteminə uyğunlaşdırılıb.

«Biz əvvəl DTM-də görmədiyimiz sürətləri görəcəyik, - Audi pilotu Niko Müller bildirib. - Güc artımı həqiqətən də hiss olunacaq dərəcədədir. Bu, pilotlara qarşı yeni tələblər irəli sürür. Avtomobil yol kənarında durduqda belə, yeyin görünür. Mühərrikin səsi də heyran edir. Yeni turbomotoru əvvəlki atmosfer mühərrikinə dəyişmək istəməzdim».

BMW M4 DTM

Marko Vittmann da yeni BMW avtomobilindən razı qalıb. «Pilotaj zamanı avtomobil çox əla hiss olunur, onu idarə etmək həzz verir, - Marko söyləyib. Yeni mühərrikini məhsuldarlığını və fırlanma anını həqiqətən də hiss etmək mümkündür, dəyişmiş aerodinamika sayəsində avtomobilin xüsusiyyətləri də dəyişib. İlk testlərdən sonra bildirməliyəm ki, azarkeşlərin gözləyəcəyi çox şey vardır.

Digər tərəfdən bildirməliyəm ki, avtomobillər keçən ilkinə nisbətən daha yeyin olublar. Sözssüz ki, arışları daha baxımlı edəcəkdir. Azarkeşləri avtomobilin səsinin əvvəlki kimi möhtəşəm olduğuna əmin edə bilərəm. Şəxsən mən bu motorlara daha çox üstünlük veririəm. Onlar fərqli səslənirlər, lakin sakit deyillər». 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW komandası 10-11 dekabr tarixlərində Xeresdə keçiriləcək testlərdə iştirak edəcəyini təsdiq edib. Audi komandası isə hələlik test proqramı barədə açıqlama verməyib. Aston Martin komandası isə Eştorilə gəlməyib. HWA və R-Motorsport komandaları ilə əməkdaşlıq edən britaniya markası 2019-cu ildəki debütünə hazırlığı davam etdirir.