Hər il Euro NCAP öz kateqoriyalarına ən yaxşı nəticələr göstərmiş avtomobillərin siyahısın dərc edir. Ulduz reytinqləri birbaşa müxtəlif kateqoriyadan olan avtomobillər arasında müqayisə edilə bilməz və çap edilən «Sinfində ən yaxşı» reytinqi hansı nəqliyyat vasitələrinin rəqiblərindən üstün olduğunu göstərir. Hər bir ulduza qarşı tələblərin ildən-ilə sərtləşdiyini nəzərə alsaq, «Sinfində ən yaxşı» müsabiqəsi bir təqvim ili çərçivəsində aparılr ki, bu da bütün nəqliyyat vasitələrinin eyni standartlarla qiymətləndirilməsini təmin edir.
Öz sinfində ən yaxşı avtomobili müəyyən etmək üçün, dörd sahədə aparılmış qiymətləndirmə üzrə hesablanmış ballardan istifadə edilir. Bu sahələr Böyüklər, Uşaqlar (hər iki halda sərnişinlər nəzərdə tutulur), Piyadalar və Köməkçi sistemlər sayılır.
Bu rəqəmlər avtomobillərin müqayisəsi üçün əsas götürülür. Aşağda siz hər kateqoriya üzrə qalibləri və hesablanmış balları görəcəksiniz. Euro NCAP az sayda avtomobili sınaqdan keçirdiyi üçün bir sıra kateqoriyalar təqdim edilməyə bilər.
İri yolsuzluq avtomobilləri kateqoriyasının qalibi isveç istehsalçısı Volvo şirkətinin XC90 krossoveridir. Sınaqlarda yeni krossover sərnişinlərinə yüksək səviyyədə təhlükəsizlik ilə təmin etmişdir. Böyüklərin müdafiəsi 97%, uşaqların - 87%, piyadların mdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 72% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə XC90 100% almışdır.
Sınaqlar zamanı Volvo XC90 ön tərəfdən əzilən və sərt maneələrlə toqquşma vaxtı sürücü və sərnişinkəri yüksək səviyyədə müdafiə etmişdir. Lakin, yandan zərbə zamanı, avtomobilin təhlükəsizlik pərdələrinin açılması nəzərdə tutulduğundan az olmuşdur. Bu da üçüncü cərgədə oturan sərnişinlərin müdafiəsinə pis təsir göstərmişdir. Euro NCAP mütəxəssislərinin iradından sonra istehsalçı müvafiq dəyişikliklər etmiş və sınaqlar yenidən aparılmışdır.
Avtomobil piyadanın ayaq və başı zonasında da yaxşi müdafiəni təmin edir. Yalnız avtomobilin kapotunun sərtliyi piyadanın canaq çanaq zonasında müdafiəni bir qədər zəif edir. Lakin, krossoverin avtonom təcili dayandırma sisteminin piyada və velosipedçiləri aşkar edərək toqquşmanın qarşısını uğurla alması bu məsələni bir qədər arxa plana çəkir. Ümumiyyətlə, Volvo XC90 Euro NCAP tarixində ən yüksək nəticə əldə edən avtomobildir.
Yığcam krossoverlər kateqoriyasında qalib Mercedes-Benz GLK modelinin xələfi GLC-Class modeli olmuşdur. Avtomobil böyüklərin müdafiəsini 95%, uşaqların müdafiəsini 89%, piyadalın müdafiəsini isə 82% təmin edir. Köməkçi sistemlər sahəsində avtomobil 71% əldə edə bilmişdir.
Sınaqların nəticəsindən də göründüyü kimi, deformasiya olunan maneəyə öndən zərbə zamanı avtomobilin kuzovu sabit olaraq qalır.
Avtomobil qabaq sərnişinin müdafiəsi üzrə maksimal bal toplamışdır. Ekspertlərin krossoverə qarşı olan yeganə iradı, öndən zərbə zamanı arxa sərnişinin döş qəfəsinin zəif müdafiə olunmasıdır.
İri ölçülü ailə avtomobili kateqoriyasında ən təhlükəsiz avtomobil Jaguar XE sedanı seçirmişdir. Sınaqlarda yeni sedan sərnişinləri yüksək səviyyədə təhlükəsizlik ilə təmin etmişdir.
Böyüklərin müdafiəsi 92%, uşaqların - 82%, piyadların müdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 81% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə Jaguar XE sedanı 82% almışdır.
Yeni alüminium platformasında yığılan sedanın əzilən maneə ilə toqquşması zamanı, sürücünün döş qəfəsinin zədə alma ehtimalının yuxarı olduğu görünür. Bundan əlavə, arxadan zərbə zamanı, sərnişinlər qamçıvari zərbələr sayəsində boynundan zədə ala bilərlər.
Kiçik ailə avtomobili kateqoriyasında ən təhlükəsiz avtomobil İnfiniti Q30 hetçbeki seçirmişdir. Sınaqlarda yeni sedan sərnişinlərinə yüksək dərəcədə təhlükəsizlik təmin etmişdir. Böyüklərin müdafiəsi 84%, uşaqların - 86%, piyadların müdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 81% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə İnfiniti Q30 hetçbeki 81% almışdır.
Sınaqlardan göründüyü kimi, qabaqdan əzilən və sərt maneələrlə toqquşma zamanı, hetçbek sürücü və sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Lakin bunu, yandan toqquşma zamanı demək mümkün deyil. Bu halda, sürücünün döş qəfəsindən zədə alması ehtimalı, qamçıvari zərbədən isə sərnişinlərin boynunun zədələnməsi qaçınılmazdır.
Bununla belə, İnfiniti Q30 piyada müdafiəsində ən yüksək göstəricilər əldə etmişdir.
«Supermini» kateqoriyasında ən təhlükəsiz avtomobil Honda Jazz modeli seçirmişdir. Sınaqlarda yığcam avtomobil sərnişinlərini yüksək dərəcədə təhlükəsizlik ilə təmin etmişdir. Böyüklərin müdafiəsi 93%, uşaqların - 85%, piyadların müdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 73% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə Jazz hetçbeki 71% almışdır.
Sınaqlardan göründüyü kimi, bu balaca hetçbek sürücü və sərnişinləri yüksək səviyyədə müdafiə ilə təmin edir. Avtomobil, kiçik ölçülərinə baxmayaraq, sərnişinləri qamçıvari zərbələrdən layiqincə müdafiə edir.
Avtomobil piyadalara ayaq zonasıda yaxşı müdafiəni təmin etsə də, çanaq və baş zonasında bir qədər qarışıq nəticələr əldə olunub. Misal olaraq, qabaq sütunların piyadanın başı üçün yaratdığı təhlükəni göstərmək olar.
Miniven kateqoriyasında ən təhlükəsiz avtomobil Ford Galaxy modeli seçirmişdir. Sınaqlarda miniven sərnişinlərinə yüksək dərəcədə təhlükəsizlik təmin etmişdir. Böyüklərin müdafiəsi 87%, uşaqların - 87%, piyadların müdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 79% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə Ford Galaxy 71% almışdır.
Sınaqlardan göründüyü kimi, bu miniven sürücü və sərnişinləri yaxşı səviyyədə müdafiə edir. Euro NCAP mütəxəssisləri avtomobilin zəif nöqtəsi kimi ikinci və üçüncü cərgədəki oturacaqların konstruksiyasını göstərmişlər.
Bu cərgədə oturan sərnişinlərin qamçıvari zərbələr zamanı zədə alması ehtimalı yüksəkdir.
Miniven piyadaların yüksək səviyyədə müdafiəsini təmin edir.
Kiçik ölçülü minivenlər kateqoriyasında ən təhlükəsiz avtomobil Volkswagen Touran modeli seçirmişdir. Sınaqlarda miniven sərnişinlərini yüksək dərəcədə təhlükəsizlik ilə təmin etmişdir. Böyüklərin müdafiəsi 88%, uşaqların - 89%, piyadların müdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 71% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə VW Touran 76% almışdır.
Sınaqlardan göründüyü kimi, sürücü və sərnişinləri müdafiəsində xırda iradlar aşkar edilmişdir. Euro NCAP mütəxəssislərinin iradı, aktiv kapotun olmasına baxmayaraq, piyadaların çanaq zonasındakı müdafiənin zəif olmasıdır.
Avtomobil çoxlu sayda təhlükəsizlik sistemləri ilə təchiz edilir. Lakin, bunların böyük əksəriyyəti əlavə ödəniş tələb edir.
Rodster tipli kuzovu olan idman avtomobilləri kateqoriyasında ən təhlükəsiz avtomobil Yaponiyada «İlin avtomobili» adına layiq görülən Mazda MX-5 modeli seçirmişdir.
Sınaqlarda rodster beş mümkün ulduzdan dördünü toplasa da, rəqibləri arasında ən yaxşı nəticəyə malik olmuşdur. Böyüklərin müdafiəsi 84%, uşaqların - 80%, piyadların müdafiəsi isə Euro NCAP mütəxəssisləri tərəfindən 93% olaraq qiymətləndirilmişdir. Təhlükəsizlik sistemləri üzrə MX-5 64% almışdır.
Sınaqlardan göründüyü kimi, Mazda MX-5 piyada və uşaqların yüksək səviyyəli müdafiəsini təmin etmişdir. Piyadanın qorunmasında səviyyəsinin yüksək nəticənin əldə edilməsinin əsas səbəbi aktiv kapotun olmasıdır.