Avropanın Euro NCAP təşkilatı yeni nəsil Range Rover Evoque modelinin krəş-testlərini həyata keçirib. Avtomobil ən yüksək beş ulduz qiymətinə layiq görülərək, öndən zərbə zamanı sərnişinlərin müdafiəsinə görə 36 xal toplayıb. Bu mövcud olan bütün Jaguar və Land Rover modelləri arasında olan ən yüksək nəticədir.
Euro NCAP ekspertləri Evoque modelinə qarşı demək olar ki, heç bir irad irəli sürməyiblər. Deformasiya olunan baryerlə öndən toqquşma zamanı, sürücü və arxa sərnişinlərinin sinəsinin müdafiə səviyyəsi “kifayət qədər” qiymətləndirilib. Üstəlik, avtomobil yandan zərbə zamanı gərək olan təhlükəsizliyi təmin edib. Range Rover Evoque modelinə qarşı irəli sürülən yeganə irad arxadan zərbə zamanı qamçıvari zədələrdən müdaifənin “zəif” olmasıdır.
Bir müddət bundan öncə, Euro NCAP Range Rover Velar modelinin krəş-teslərini həyata keçirib. Avtomobil 35,5 xal xal toplayaraq beş ulduza layiq görülüb. Xatırladaq ki, krossoverlər arasında ən yüksək qiymət Volvo XC60 (37,2 xal) modelinə məxsusdur. Xc60 modelini 37,1 xalla Seat Tarraco və 37 xalla Alfa Romeo Stelvio təqib edirlər.