Florida ştatının Kissimmi şəhərində keçiriləcək Mecum hərracımda qeyri-adi Ford Mustang «əzələ» avtomobili satışa çıxarılacaqdır. Bu, peşəkar beysbolçu, «Qızıl əlcək» və «Gümüşü bita» mükafatlarının ikiqat sahibi Evan Lonqoriyaya məxsus olan 1971-ci ilin Ford Mustang Mach 1 kupesidir.
Hər bir Mach1 avtomobilinin istehsalına 2600 insan-saat vaxt sərf edilmişdir. Bu cəlbedici görkəmli kupenin mühərrik bölümündə kompressorlu Chevrolet Big Block 502 V8 mühərriki quraşdırılmışdır. 725 at qüvvəsinə malik olan mühərrik Chevrolet Corvette modelindən alınmış 6-pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışır. Avtomobil arxada 12-düymlük, öndə isə 9,5-düymlük şinlərlə təchiz edilmişdir. Avtomobilin çəkisini azaltmaq məqsədi ilə dəmirdən olan zavod bamperləri plastik analoqları ilə əvəz edilmişdir. Kupenin salonunda 5-nöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş Sparco dəri oturacaqlarını, dəri ilə örtülmüş Momo sükan çarxını və 700-vattlıq Alpine səs sistemini görmək olar. Ford Mustang Mach 1 modelinin səcərəsini və əvvəlki sahibini nəzərə alaraq onun satış qiymətinin 95 - 125 min ABŞ dolları arasında olacağı güman edilir.