Premium Exeed brendi Yaoguang krossoverinin satışlarına start verib. Bu ad altında Çində, cari ilin yayında debüt edən AtlantiX konseptinin seriya versiyası satılacaqdır. Yeni model barədə bütün təfərrüatların məlum olmasına baxmayaraq, sürprizlərsiz də ötüşməyib: Yaoguang yeni perspektivli səkkiz diapazonlu avtomatik transmissiyanın əvəzinə yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.
AtlantiX/Yaoguang modelini ölçülərinə görə Lexus RX ilə müqayisə etmək olar. O, TXL və VX modellərindən tanış olan M3X arxitekturasına əsaslanır, güclü mailliyə malik arxa dayaqları və maili damı olan kuzovu və çərçivəsiz radiator barmaqlığı ilə seçilir. Təkər disklərinin ölçüsü 19 və ya 20 düym ola bilər.
Şirkətdən Yaoguang modelinin dörd üstünlük prinsipinin həyata keçirilməsinin bariz nümunəsinin olduğu bildirilir: müasir memarlıq, texnoloji avadanlıq, güclü audiovizual vasitələr və intellektual imkanlar.
Sonuncuya gəlincə, krossover iyirmidən çox ADAS sistemi və 11 elektron köməkçi ilə təchiz edilir. Exeed Yaoguang həmçinin 14 dinamikli Sony səs sistemi, səslə idarəetmə sistemi, habelə süni intellektə əsaslanan nitqin tanınması və sintezi texnologiyası ilə təchiz olunur.
Salonda, qapı kartlarında Mercedes-Benz üslubunda olan oturacaqların tənzimlənməsi düymələrinə, ötürmələr qutusunun sükan sütunundakı dəstəyinə, habelə rəqəmsal cihazlar panelinin və multimedia sisteminin ekranının vahid klasterinə rast gəlmək olar.
Multimedia Qualcomm Snapdragon 8155 prosessoruna əsaslanır, 5G rabitəsini dəstəkləyir və hava vasitəsilə yenilənə bilir. Opsiyalara siyahısında panoram dam, proyeksiya ekranı, adaptiv kruiz-kontrol və avtomatik parkinq sistemi var.
Çin mediası Exeed Yaoguang modelinin yeni səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcəyini proqnozlaşdırsa da, model satışların başlanğıcında yalnız yeddi pilləli “robot” ilə təklif olunacaqdır. “Robot” 261 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərriklə birlikdə çalışacaqdır. Tam ötürmə sistemi və səkkiz rejimi olan idarəetmə sistemi də nəzərdə tutulub.
Daha sonra plagin hibridlə hərəkətə gələn krossover də satışa çıxarılacaqdır. Yeni krossoverin qiyməti 170.000-220.000 yuan arasında dəyişir. Çində artıq Exeed Yaoguang modelinin satışlarına başlanılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.