Exeed TXL modelinin Çindəki çeşidi (daxili bazarda Linqyun adı ilə satılır) S indeksli yeni modifikasiya ilə zənginləşib. Məlum məsələdir ki, S indeksi Sport sözünə işarədir. “İdman” krossoverini ciddi qara dekoru sayəsində tanımaq olar.
Bütün xrom detallar tündləri ilə əvəzlənib, əyləc supportları isə qırmızı rəngə boyanıblar. Exeed TXL Sport modelinin xarakterik xüsusiyyətlərindən biri də narıncı rəngli təhlükəsizlik kəmərləridir. “İdman” versiyası 261 at qüvvəsi hasil edən 2,0-litrlik “turbodürdlük” ilə hərəkətə gəlir və vətənində standart Exeed TXL modelindən 2,1 min yuan (560 manat) baha satılır.
S indeksli Exeed TXL/Lingyun modeli qara rəngli radiator barmaqlığı, beşinci qapının üzərindəki qara spoyler və avtomobilin “idman” xarakterinə işarə edən emblemlərlə fərqlənir. Bununla belə, krossoverin mühərriki iki muftalı “robot” ilə tandemdə çalışan standart 2,0-litrlik turbomühərrikdir. Ötürmə - ön oxa və ya tam ola bilər.
Exeed TXL Sport modeli üçün 160 min yuan (42,8 min manat) ödəmək gərək olacaqdır. Xatırladaq ki, Exeed markası markası Çinin Chery şirkətinə məxsusdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.